Accessibility links

ABŞ Rusiyanın QHT-yə qadağa qoymasını təəssüflə qarşılayıb


"ABŞ-Rusiya Qanunun Aliliyi Fondu"nun verb səhifəsi
"ABŞ-Rusiya Qanunun Aliliyi Fondu"nun verb səhifəsi

ABŞ Dövlət Departamenti Rusiyanın bir zamanlar Rusiya prezidenti Vladimir Putin və Amerika prezidenti Corc Buş tərəfindən dəstəklənən iqtisadi əməkdaşlıq fonduna qadağa qoymasını təəssüf hissi ilə qarşıladığını bildirib.

ABŞ bəyanatı cümə günü Rusiya prokurorlarının "İqtisadi və Hüquqi İnkişafa dir Amerika-Rusiya Fondu"nu ölkədə "arzuolunmayan" təşkilat elan edərək, Rusiya vətəndaşları və şirkətlərinin təşkilatla əməkdaşlıq etməsini qadağan edib.

Mark Pomar
Mark Pomar

ABŞ rəsmiləri fondun işini Rusiya hökuməti və əsas təsisatlarla uzun müddətli iqtisadi inkişaf və qanunun aliliyinin təmin edilməsində tərəfdaşlıq səyləri kimi qiymətləndirib. Rusiya mətbuatı fondun missiyasının bazar iqtisadiyyatının dəstəklənməsi ilə ikitərəfli münasibətlərin gücləndirilməsindən ibarət olduğu haqda məlumat verib. 2006-cı ildə Böyük Səkkizlərin sammitində Vladimir Putin və Corc Buş bu məqsədlərə dəstək bildirmişdi.

Cümə günü Rusiyanın baş prokurorunun sözçüsü qadağanın fondun Rusiya ərazisində fəaliyyətinin öyrənilməsindən sonra çıxarıldığını bildirib. O həmçinin deyib ki, fondun prezidenti, Amerika vətəndaşı Mark Pomarın "Rusiyanın maraqları əleyhinə yönəlmiş fəaəliyyətlərilə" əlaqədar olaraq Rusiyaya 2025-ci ilə qədər daxil olması qadağan edilib.

"Açıq Cəmiyyət Fondu"nun təsisçisi Corc Soros
"Açıq Cəmiyyət Fondu"nun təsisçisi Corc Soros

Bu, ABŞ və Rusiya arasında hərbi və diplomatik mübahisələrlə əlaqədar münasibətlərdə gərginliyin davam etdiyi müddətdə Moskva tərəfindən Amerikanın qeyri-hökumət təşkilatı haqda ikinci qadağasıdır.

Noyabrın 30-da prokurorlar macarıstan əsilli ABŞ biznes maqnatı Corc Soros tərəfindən əsası qoyulmuş demokratiya tərəfdarı xeyriyyə təşkilatına qadağa qoyub. Soros Rusiyanın Ukraynaya müdaxiləsilə əlaqədar NATO-nu Rusiyaya qarşı daha sərt xətt götürməyə çağırır.

Moskvanın Ukraynanın şərqində Rusiya tərəfdarı üsyançılara dəstəyi eyni zamanda son 18 ayda Qərbin iqtisadi sanksiyalar tətbiq etməsi və Moskvaya qarşı cəza tədbirlərinin görülməsinə səbəb olub.

Moskva bir zamanlar sovet dövrü Varşava sazişinə daxil olan kommunist ölkələrin bugünkü ərazisində "NATO-nun müdaxiləsi

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG