Accessibility links

ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları


ABŞ-ın Rusiyaya qarşı sanksiyaları
please wait

No media source currently available

0:00 0:03:26 0:00

Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukraynada separatçılara dəstəklə əlaqədar Rusiyaya qarşı daha ciddi yeni sanksiyalar tətbiq edib. Ukraynanın xarici işlər nazirliyi Rusiyanı sərhəd bölgəsinə silah və döyüşçü göndərməkdə ittiham edib.

Prezident Barak Obama ABŞ və Avropa İttifaqının Rusiyanın enerji, silah və bank sektorlarına qoyulmuş yeni sanksiyaların Moskvanın Ukraynada qeyri-qanuni aksiyalarına cavab olaraq tətbiq edildiyini bildirib.

“Belə olmamlı idi. Bu, Rusiyanın və xüsusilə də prezident Putinin etdiyi seçimdir. Daha yaxşı seçimlər var- gərginliyin azaldılması, vəziyyətin diplomatik yolla həlli səylərinə qoşulmaq seçimi.”

Avropanın atdığı addım Rusiyanın böyük bazarlarını və Avropa liderlərinin Moskvanı qəzəbləndirmək istəmədiyini nəzərə alaraq daha mühümdür.

Barak Obama: “Rusiya ilə münasibətlərin ciddiləşməsi ilə bağlı həqiqi, legitim iqtisadi qayğıları olan avropalıların lazım olan addımları atdığını gördük. Bu, onu göstərir ki, Avropanın prezident Putinin gözəl sözlərinin əməlləri ilə üst-üstə düşmədiyinə görə səbr kasası dolub.”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sanksiyaların öz hədəfinə çatmadığını deyib: “Mən sizi əmin edirəm ki, iqtisadiyyatın bəzi sahələrində yarana biləcək çətinliklərin öhdəsindən gələcəyik və bəlkə də biz daha azad olub öz gücümüzə daha çox arxayın ola biləyicik. Bu da yaxşı işdir.”

Ukraynanın şərqində isə döyüşlər davam edir.

Birləşmiş Ştatların peyk vasitəsilə əldə etdiyi görüntülərdə Rusiya artilleriyasının Ukrayna ərazisini atəşə tütduğu göstərilir. Rusiya bunu rədd edir.

Vaşinqtonda səfərdə olan Ukrayna Xarici İşlər naziri Pavlo Klimkin ABŞ Dövlət katibi Con Kerriyə Ukrayna qüvvələrinin cavab atəşi açmadığını deyib. “Terrorçuların sərhəd yaxınlığında mövqe tutduğu və Ukrayna əsgərlərinə atəş açdığı hallar mövcuddur. Biz cavab atəşi açmamaq, bu vəziyyətdə təhrikə yol verməmək və beynəlxalq qanunlar çərçivəsində verdiyi öhdəlikləri pozmamaqla təmkin göstəririk.”

Con Kerri münaqişənin uzanmasına görə Rusiyanı günahlandırır: “Rusların gərginliyi azaltmağa çalışdığını deməsinə baxmayaraq, onların hərəkətləri zorakılıq və qan tökülməsinə son qoymaq istədiklərinə dəlalər etmir. Bunun nəticəsi olaraq, Rusiyanın dəstəklədiyi separatçılar silahı yerə qoymaq və siyasi prosesin bir hissəsi olmaqdan imtina edir.”

Dövlət katibi Kerri Rusiyanın Ukraynada azlıqlar və ölkənin iqtisadi gələcəyi ilə bağlı maraqların nəzərə alındığı siyasi həll yolu tapılmasının çətin olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG