Accessibility links

ABŞ: Rusiya Snoudenə “təbliğat platforması” verir


Birləşmiş Ştatlar Rusiyanı üç həftəyə yaxındır Moskvada hava limanında qeyri-müəyyən vəziyyətdə olan kəşfiyyat orqanlarının keçmiş kontraktoru Edvard Snoudenə insan hüquqları müdafiəçiləri ilə görüşmək icazəsi verdiyinə görə tənqid edib.

Ağ Evin sözçüsü Cey Karni Rusiyanın Snoudenə “təbliğat platforması” verdiyini deyərək, bunun Rusiyanın məsələ ilə bağlı neytral mövqedə olmasını deməsi ilə təzad təşkil etdiyini bildirib.

Snouden Moskvanın Şeremetyevo hava limanında insan hüquqları müdafiəçiləri və Rusiya vəkilləri ilə görüşüb. Görüşdən sonra ABŞ-ın diplomatik yazışmalarının detallarını açıqlamış WikilLeaks saytında Snoudenin Latın Amerikasına gedənə qədər Rusiyada qalmaq istəməsilə bağlı bəyanatı yerləşdirilmişdi.

ABŞ kəşfiyyat məlumatlarını ictimaiyyətə açıqlamaqda ittiham edilən Snouden Latın Amerikasına getzmədən əvvəl Rusiyada müvəqqəti sığınacaq almağa çalışır. Latın Amerikasının üç ölkəsi ona siyasi sığınacaq verməyə razı olub. Birləşmiş Ştatlar Milli Təhlükəsizlik agentliyinin izləmə proqramlarının detallarını açıqladığına görə Snoudenin məhkəmə qarşısına çıxarılmasını istəyir.
XS
SM
MD
LG