Accessibility links

ABŞ və Rusiya Suriyda hava təhlükəsizliyinə dair memorandum imzalayıb


Rusiya və Birləşmiş Ştatlar çərşənbə axşamı günü Suriya üzərində səmada təhlükəsizliyə dair memorandumu imzalayıb. Bu haqda məlumatı Pentaqon verib.

Pentaqon rəsmiləri Rusiya ilə hava təhlükəsizliyinə dair razılaşdırılmış prinsiplərin iki ölkənin Suriyada əməliyyatları ilə bağlı daha geniş razılaşmanın bir hissəsi olmadığını vurğulayıblar. Bu göstərişlər ABŞ və Rusiya təyyarələrinin hər iki ölkə bombardman əməliyyatları həyata keçirdiyi vaxt toqquşmasının qarşısını almaq məqsədi daşıyır.

Birləşmiş Ştatların rəsmiri Amerikanın Səsinə bildirib ki, anlaşmaya dair memorandum Suriya üzərində səmada professional şəkildə əməliyyatların keçirilməsi üçün kommunikasiya məqsədilə radio tezliklər və digər təhlükəsizlik tədbirlərini əhatə edir.

ABŞ-ın başçılığı ilə koalisiya 2014-cü ilin sentyabr ayından Suriyada İslam Dövləti qrupuna qarşı 2 min 600-dən çox hava hücumu keçirib.

Rusiya da Suriyada İslam Dövləti və digər qrupları hədəf aldığını bidirir. Lakin Pentaqon və Suriya insan haqları təşkilatları bildirir ki, Rusiyanın hava hücumlarının çoxu İslam Dövləti qrupunun nəzarətində olmayan yerlərdə həyata keçirilir.

Suriya İnsan Haqları Müşahidə qrupunun bildirdiyinə görə, Rusiyanın hava hücumları nəticəsində Latakiya vilayətində azı 45 adam həyatını itirib.

Rusiya keçən ay hava hücumlarına başladıqdan sonra ABŞ-la hava hövzəsində toqquşmaların qarşısının alınması üçün danışıqlar aparılmasını təklif etmişdi.

Pentaqon Rusiyanın keçən ay Suriyada hava hücumlarına başladığı vaxtdan hava hövzəsində insidentlərin olmadığını bildirib. Bununla belə, ABŞ müdafiə nazirliyinin rəsmiləri koalisiya təyyarəsinin Rusiyanın döyüş təyyarələrinə yaxın olmamaq üçün istiqamətini dəyişdirməli olduğunu bildiriblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG