Accessibility links

ABŞ Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdən keçirir [Video]


Ukrayna isə ABŞ-dan silah gözləyir.

ABŞ Qərb müttəfiqlərinin Rusiyanın Ukraynadakı müdaxiləsi ilə bağlı narahatlıqlarını paylaşır. ABŞ hərbi rəsmiləri bildirir ki, Moskvanın separatçılara verdiyi dəstək və güclü rus qoşunlarının Ukrayna-Rusiya sərhədində toplaşması “narahatedicidir”.

Ukraynanın liman şəhəri Mariupolda küçələrdəki qırıntılar süpürülür. Parçalanmış şüşələr bir neçə gün öncə baş verən zorakılıqları xatırladır.

Ukraynada NATO legionunun olması uydurmadır. Orada NATO legionu yoxdur. Ukraynadakı xarici qüvvələr Rusiyanındır

Şərqi Ukraynada baş verən döyüşlərdə isə Rusiya prezidenti Vladimir Putin Qərbi günahlandırır.

“Bu, xarici legiondur. Xüsusilə NATO legionu. Onların bura ilə bağlı Ukraynanın milli maraqlarına uyğun məqsədləri yoxdur. Onların başqa məqsədləri var. Buna isə Rusiyanın qarşısını almaq kimi geosiyasi məqsəd daxildir.”

Brüsseldən NATO-nun baş katibi isə buna cavab verməkdə gecikmədi.

“Ukraynada NATO legionunun olması uydurmadır. Orada NATO legionu yoxdur. Ukraynadakı xarici qüvvələr Rusiyanındır."

NATO və ABŞ Rusiyanı separatçıları gücləndirmək üçün onlara raket sistemi, tanklar, ağır artilleriya və elektron müharibə sistemi daxil olmaqla müasir avadanlıq göndərməkdə ittiham edirlər.

ABŞ rəsmisi Amerikanın Səsinə bildirir ki, onun sözləri ilə desək “Rusiya həyasızcasına Ukraynaya insan və avadanlıq daxil edir” ki, Ukraynanın stabilləşməsinin qarşısını alsın.

Hələlik isə ABŞ-ın buna reaskiyası sadəcə daha çox iqtisadi sanskiya olacaq.

ABŞ dövlət xəzinəsinin katibi Cek Lyu:

“Bizim daha çox vasitələrimiz var. Mən bu vasitələri sadalamayacam, ancaq bizim daha çox vasitəmiz var.”

Lyu bildirir ki, Rusiya artıq ən mürəkkəb sanksiyalarla üzləşib və bu Rusiya iqtisadiyyatına böyük ziyan vurub.

Düşünürəm ki, biz Ukrayna hərbisini ciddi miqdarda müdafiə silahları ilə təmin etməliyik. Fikrimcə, onlar elə bir nöqtədədilər ki, onlar bu texnologiyadan istifadə edə bilərlər

Lakin ABŞ Demokrat senatoru Kristofer Mörfi sanksiyaların yetərli olmadığını deyir.

“Düşünürəm ki, biz Ukrayna hərbisini ciddi miqdarda müdafiə silahları ilə təmin etməliyik. Fikrimcə, onlar elə bir nöqtədədilər ki, onlar bu texnologiyadan istifadə edə bilərlər. Ümid edirəm ki, gələn həftələrdə və aylarda bu məsələ müzakirə olunacaq.”

ABŞ Ukrayna hərbisi ilə işləyəcək təlimçilər və onlara təchizat göndərsə belə, Ukraynanın ABŞ-dan ölümcül silah yardımı tələbi hələ də cavabsız qalır.

XS
SM
MD
LG