Accessibility links

Barak Obama ilə Vladimir Putin Pekində qısa görüş keçiriblər


ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən konfransdan sonra qısa görüş keçirərək, iki ölkənin razılaşmadığı əsas qlobal məsələləri müzakirə ediblər.

Çin prezidenti Tsi Tzinpini müşayiət edən cənab Obama və cənab Putin Asiya-Sakit Okean sammitinin keçiridiyi konfrans zalına daxil olarkən otaqla bağlı fikirlərini bölüşüblər.

Ağ Ev bildirib ki, bu əsas görüşdən əlavə ABŞ və Rusiya liderləri gün ərzində daha üç dəfə 15-20 dəqiqəlik görüş keçiriblər.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının müşaviri Bernadet Mihan qısa görüşlər zamanı İran, Suriya, və Ukrayna kimi mövzuların əhatə olunduğunu bildirib, lakin heç bir əlavə məlumat verməyib.

Obama ilə Putin sonuncu dəfə iyun ayında qısa üz-üzə görüş keçiriblər.

XS
SM
MD
LG