Accessibility links

ABŞ prezidentliyinə namizədlərin ritorikası sərtləşir [Video]


ABŞ prezidentliyinə namizədlərin ritorikası sərtləşir
please wait

No media source currently available

0:00 0:02:12 0:00

ABŞ prezidentliyinə namizədlərin ritorikası sərtləşir

ABŞ prezidentliyinə respublikaçı namizədlər ritorikalarını daha da sərtləşdirir və Cənubi Karolinada mühüm praymeridə qələbə əldə etmək üçün lazımi dəstəyi qazanmağa çalışır. Respublikaçılar aqressiv seçki kampaniyası aparır. Bu ştatda seçicilər şənbə günü respublikaçılara, bir həftə sonra isə demokratlara səs verəcək.

İki namizəd, Donald Tramp və Marko Rubio eyni cür reaksiya verir. Kimsə onların keçmişinə irad tutanda, onlar həmin insanı “yalançı” adnlandırır. Bu çox qəribə bir dinamikadır.
Ted Kruz

Cənubi Karolinada səsəverməyə artıq bir həftədən az vaxt qalib və Donald Tramp Respublikaçılar tərəfinədən ən öndə gedən namizəddir. Bu da partiya liderlərinin narahatlığına səbəb olur. Fikirlərini açıq söyləyən milyarder özünün yeganə ələ alınmayan namizəd olduğunu bir daha vurğulayıb.

“Ted Kruz kimi insanlar bir sıra adamlardan pullar alıb və o, 100 faiz fəqrli sənayelər tərəfindən idarə olunur. Buş da, Rubio da həmçinin. Onlar pullarını belə əldə edir.”

Tramp həmçinin Ceb Buşu seçki kampniyasında dəstək qazanmaq üçün qardaşı və sabiq prezident Corc Buşun yardımından faydalandığına görə lağa qoyub.

Ted Kruz isə rəqibinin təhqiredici ritorikasından istifadə edərək, özünü ağlı-başında və etibara layiq bir namizəd kimi təsvir edib.

“İki namizəd, Donald Tramp və Marko Rubio eyni cür reaksiya verir. Kimsə onların keçmişinə irad tutanda, onlar həmin insanı “yalançı” adnlandırır. Bu çox qəribə bir dinamikadır.”

Demokrat namizədlər isə birbaşa təhqirlərdən çəkinsə də, onların kampaniyası da daha aqressiv ton almağa başlayıb. Hillari Klintonun həyat yoldaşı, sabiq prezident Bill Klinton yoldaşının seçki kampaniyasında yer alır. O, cümə günü Floridadakı çıxışında Hillarinin nailiyyətlərini qeyd edib.

Ted Kruz kimi insanlar bir sıra adamlardan pullar alıb və o, 100 faiz fəqrli sənayelər tərəfindən idarə olunur. Buş da, Rubio da həmçinin. Onlar pullarını belə əldə edir.
Donald Tramp

Nevadada isə Hillari Bill tərifləyib.

Bill Klintonun “bu iqtisadiyyatdır, ay axmaq” ifadəsi onun 1992-ci il seçki kampaniyasının şüarına çevrilmişdi.

Klinton təkcə “ən zəngin 1 faizin deyil, hər kəsin vəziyyətinin yaxşı olduğunda təkid edir. Amma onun rəqibi Berni Sanders isə seçki kampaniyasında yoxsul və zənginlər arasında fərqi azaldacağını vəd edir. Sanders bu ay Nyu Hempşir praymerisində Hillari Klinton üəzrində qələbə çalıb.

XS
SM
MD
LG