ABŞ prezidentliyinə namizədlərin ritorikası sərtləşir
ABŞ prezidentliyinə respublikaçı namizədlər ritorikalarını daha da sərtləşdirir və Cənubi Karolinada mühüm praymeridə qələbə əldə etmək üçün lazımi dəstəyi qazanmağa çalışır. Respublikaçılar aqressiv seçki kampaniyası aparır. Bu ştatda seçicilər şənbə günü respublikaçılara, bir həftə sonra isə demokratlara səs verəcək.