Accessibility links

ABŞ-ın daha dörd ştatında praymerilər keçirilib [Video]


Birləşmiş Ştatlarda prezident seçkilərində diqqət iki böyük ştatda praymerinin nəticələrinə yönəlib. Demokrat Berni Sanders Miçiqan ştatında ilkin seçkidə Hillari Klinton üzərində qələbə çalıb.

Klinton Missisipi ştatında üstünlük əldə edib. Respublikaçı Donald Trampın hər iki ştatda qələbəsi onu partiyadan nominasiya qazanmağa daha da yaxınlaşdırıb.

Bu o deməkdir ki, Berni Sandersin kampaniyası, bizim danışdığımız xalq inqilabı, siyasi inqilab ölkənin hər yerində güclüdür.

Berni Sandersin Miçiqanda demokrat namizədlər arasında irəlidə gedən Hillari Klinton üzərində qələbəsi Demokratlar arasında rəqabətin hələ bir müddət davam edəcəyinə işarədir.

Hillari Klinton Missisipi ştatında asanlıqla qələbə əldə edib, Miçiqanda isə Sanderslə bərabər sayda partiya nümayəndələrinin dəstəyini alıb.

Klinton həmçinin daha beş ştatda keçiriləcək praymerilərdə nümayəndələrin sayına görə üstünlüyünü saxlamaqda davam edir.

“Məninlə işləsəniz və mənə səs versəniz, mən bütün ürəyimlə sizin üçün işləyəcəm. Mən hər bir gün sizin üçün işləyəcəm!” Hillari Klinton bəyan edib.

Respublikarçılar arasında Donald Tramp partiyadan nominasiya almağa daha da yaxınlaşaraq, Missisipi və Miçiqan ştatlarında aşkar qələbə əldə edib.

Donald Tramp keçirdiyi mətbuat konfransında öz adı ilə bağlı məhsulları sərgiləyir. 8 mart, 2016.

Donald Tramp keçirdiyi mətbuat konfransında öz adı ilə bağlı məhsulları sərgiləyir. 8 mart, 2016.

Tramp televiziyada onun əleyhinə seçki reklamlarına baxmayaraq qələbəsini məmnunluq hissi ilə qarşılayıb.

Miçiqanda Trampdan sonra Ohayo ştatının qubernatoru Con Keysik və Texas senatoru Ted Kruz gəlir.

Con Keysik: “Fikrimcə, adamlar artıq müsbət kampaniyanı qiymətləndirməyə başlayır. Onlar öz uşaqlarına deyir ki, siyasi kampaniyada özünü aparmağın yolu budur. Bir həftə gözləyin, biz Ohayo ştatına gedirik və orada oyun dəyişəcək.”

Aydaho ştatında qələbə əldə edən Ted Kruz ölkə üzrə keçirilmiş rəy sorğularında Trampa dəstəyin azaldığını qeyd edib.

Onlar mənə hücum etdilər və hücum edənlərin hər biri meydanı tərk edib. Mən bununla fəxr edirəm. Ona görə ki, bizim ölkəmizdə belə şey olmamalıdır.

“Bir qədər əvvəl Wall Street Journal qəzetinin keçirdiyi rəy sorğusunda ölkə üzrə mən və Donald Trampla arasında fərqin çox az olduğu göstərilir,” deyə Ted Kruz bildirib.

Marko Rubio bəyan edib: “Siz mənə bir dəfə inanmısınız. Mən sizdən mənə bir də inanmağınızı istəyirəm.”

Senator Marko Rubio isə məğlubiyyətdən sonra gələn həftə onun təmsil etdiyi Florida ştatı da daxil olmaqla növbəti praymerilərdə qələbəyə ümid edir.

Florida və Ohayo çərşənbə axşamı praymerilərin keçiriləcəyi beş ştat arasında mühüm rola malikdir. Səsvermənin nəticələri Ağ Ev uğrunda mübarizədə hər iki partiyadan namizədlərin ümidlərini ya doğrulda, ya da boşa çıxara bilər.

XS
SM
MD
LG