Accessibility links

ABŞ prezidentliyinə namizədlər azlıqları təmsil edən seçicilər uğrunda mübarizə aparır [Video]


ABŞ prezident seçkilərinə iki ay yarımdan az vaxt qalıb və prezidentliyə Demokrat və Respublikaçı namizədlər azlıqların dəstəyini qazanmağa çalışırlar. Donald Tramp diqqətini afro-amerikalılara yönəldib və onları əksəriyyətinin dəstəklədiyi rəqibi Hillari Klintona qarşı yönəltməyə çalışır. Tramp həmçinin sənədsiz latino immiqrantlara qarşı da mövqeyini yumşaldıb və indi onların deportasiya olunmayacağını deyir.

Bu il milyonlarla afro-amerikalı və latın amerikalı vətəndaşlar da daxil olmaqla, demokratların siyasəti nəticəsində xəyanətə uğrayan insanların onları pis vəziyyətə salan siyasətçiləri rədd etməsi ilidir.

Ötən həftə Tramp afro-amerikalılar üçün daha yaxşı təhsil və iş imkanları yaradacağını və onların yaşadıqları şəhərləri dirçəldəcəyini vəd edib. Nyu Hempşir ştatının Mançester şəhərində keçirilən seçki mitinqində Tramp ABŞ-ın azlıq icmalarını pis vəziyyətə saldıqlarına görə demokratları günhalandırıb.

“Bu il milyonlarla afro-amerikalı və latın amerikalı vətəndaşlar da daxil olmaqla, demokratların siyasəti nəticəsində xəyanətə uğrayan insanların onları pis vəziyyətə salan siyasətçiləri rədd etməsi ilidir,” deyə Tramp bildirib.

Azlıqların əksəriyyəti isə Trampı rədd etsə də, bəziləri ona son bir şans vermək istəyir.

“Bizə iş yerləri lazımdır. Bu ölkədəki qaradərili ailələrin 5 min dollardan az pulu var. Bəzi şəhərlərdə afro-amerikalıların 50 faizi işsizdir, hamımız deyil. Aydındır ki, o, bütün afro-amerikalılar barədə danışmır, amma bizim böyük hissəmizin vəziyyəti yaxşı deyil,” deyə nyu yorklu seçici Mark Burns bildirir.

Respublikaçı namizəd həmçinin latino seçiciləri cəlb etməyə çalışır. O, hələ də ABŞ-ın Meksika ilə sərhədində divar inşa edəcəyinə söz versə də, milyonlarla qeyri-qanuni mühaciri deportasiya etmək vədindən geri çəkilib.

Hillari Klinton

Hillari Klinton

Tramp Klintonu yalançı və terrorun “həmtəsisçisi” adlandırıb. O, habelə Klintonu korrupsiyada günahlandırır.

“Ona çıxış imkanı və onun etdiyi yaxşılıqlar pulla satılırdı. Klinton Fonduna ianələr edən və ya Bill Klintona pul verən insanlar Hillari Klintonun başçılıq etdiyi Dövlət Departametindən güzəştli münasibət görürdü,” Tramp deyib.

Klinton Nevadanın Reno şəhərində etdiyi çıxışında kiçik bizneslərə yardımdan bəhs etməyi planlaşdırırdı, amma bunun əvəzinə o, Trampın azlıqlara qarşı rəftarından danışıb.

Onun bizim ölkəmizi möhtəşəm edən dəyərlərə qarşı hörmətsizliyi ciddi dərəcədə təhlükəlidir.

“Son həftə ərzində Tramp afro-amerikalılarla görüş adı altında, əksəriyyətinin ağdərililərdən ibarət olan kütlənin önünə çıxıb qaradərili icmaları “yoxsulluğun aradan qaldırılması, bərbad təhsil, evsizlik, heç bir mülkiyyətə sahib olmamaq, heç kəsin görmədiyi cinayət dərəcəsi” kimi çox təhqiramiz və kobud ifadələrlə təsvir edib,” Klinotn bildirib.

O Trampı kiçik nifrət qrupları və radikalların Respublikaçılar partiyasını ələ keçirməsinə yardım etməkdə ittiham edib.

“Onun bizim ölkəmizi möhtəşəm edən dəyərlərə qarşı hörmətsizliyi ciddi dərəcədə təhlükəlidir,” deyə Klinton bildirib.

Demokrat namizəd həmçinin insanlara Trampın siyasi böhran zamanı ölkə rəhbərliyinin etibar edilməyəcək qədər avam və sağı-solu bəlli olmayan biri olduğunu çatdırmaq istəyir.

XS
SM
MD
LG