Accessibility links

ABŞ Səudiyyə Ərəbistanında tarixi seçkiləri alqışlayıb


Səudiyyə Ərəbistanında Ər-Riyadda seçki məntəqəsində qadınları səs verməyə hazırlaşır

Səudiyyə Ərəbistanında Ər-Riyadda seçki məntəqəsində qadınları səs verməyə hazırlaşır

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanında qadın namizədlərin yerli bələdiyyələrə seçkilərdə ilk dəfə iştirak edərək qələbə qazandığı tarixi seçkiləri yüksək qiymətləndirib.

“Qadınların iştirakı Səudiyyə Ərəbistanının bütün Səudiyyə Ərəbistanı vətəndaşları qarşısında hesabatlı hökumətdə vətəndaşların hamının təmsil olunduğu seçki prosesinə doöru mühüm bir addımdır”-Dövlət Departamentinin deyilir. ABŞ Dövlət Departamenti şənbə günü seçkilərdə iştirak etdən təxminən min qadını təbrik edib.

Qadınlar Ər-Riyadda səs verir

Qadınlar Ər-Riyadda səs verir

Bazar günü verilən məlumatlara görə azı 17 qadın seçkilərdə yer qazanıb.

Səudiyyə rəsmiləri 130 min qadının seçkidə iştirak etmək üçün qeydiyyatdan keçdiyini bildirib.

İlk qələbəni yeddi kişi və iki qadın namizəd arasında ən çox səs toplayaraq, Məkkədən 150 km. şimalda yerləşən Madrakah vilayətində bələdiyyə şurasına seçilən Səlma bint Hizab Əl-Oteybi qazanıb.

Səudiyyə Ərəbistanı qadınları səsvermə məntəqəsində

Səudiyyə Ərəbistanı qadınları səsvermə məntəqəsində

“Hər şey kiçik addımlardan başlayır. Biz daha yaxşı hazırlaşandan sonra daha çox adam iştirak edib, daha çox müvəffəqiyyət qazana bilər. Daha sonra isə bu müvəffəqiyyət hər sahəyə şamil ola bilər və təcrübənin əhatə dairəsi də genişlənə bilər”-deyə qadın seçici Musaniyə Əl-Murşed bildirib.

Beynəlxalq Human Rights Watch təşkilatının bildirdiyinə görə, maneələr və qeydiyyatdan keçilməklə bağlı problemlərə baxmayaraq, 2 min yerə 6 min namizəddən təxminən 900-ü qadınlar olub.

Səudiyyə Ərəbistanı qadınları alış-veriş mərkəzində

Səudiyyə Ərəbistanı qadınları alış-veriş mərkəzində

Səudiyyə Ərəbistanı rəsmiləri şənbə günü seçkilərdə səs vermək üçün 130 min qadının qeydiyyatdan keçdiyini bildirib. Bu, qeydiyyatdan keçmiş kişilərin onda birini təşkil edir.

Seçkilər Səudiyyə Ərəbistanında nadir hallarda keçirilir. Şənbə günü Səudiyyə Ərəbistanı vətəndaşları bələdiyyə seçkilərində üçüncü dəfədir işirak edirdi. Bu il yanvar ayında dünyasını dəyişmiş kral Abdulla 2011-ci ildə qadınların səsvermədə iştirakının təmin edilməsinə dair sərəncam imzalamışdı.

XS
SM
MD
LG