Accessibility links

Amerika şər kölgəsi altında [Video]


Amerika şər kölgəsi altında
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Amerika şər kölgəsi altında


Amerikada prezident də daxil olmaqla, Boston marafonu zamanı həyata keçirilən bomba hücumları kimi şərlə xeyir arasında mübarəzə yolları hamının diqqət mərkəzindədir.

ABŞ prezidenti Barak Obama: “Bostonda biz şərin üzünü gördük, lakin amerikalılar nəyin yaxşı olduğunu üzə çıxaracaq.”

Epitet kimi indi şər Ağ Evdə tez-tez işlənir.

Ronald Reagan bu sözləri Sovet İttifaqına şamil etmişdi. “Tarixi faktları və şər imperatorluğunun təcavüzkar impulsunu danmaq.”
Corc Buş şər kəlməsini İraq, İran və Şimali Koreyanın ünvanına söyləmişdi. “Bu ölkələrin təşkil etdiyi terror müttəfiqliyi şər mehvəridir.”

Amerikanın dini nümayəndələri Allahdan onları şərdən qorunmasını istəyir.
Keşiş Dave Butts:"Biz hamımız günah işlədirik, lakin ziyanın dünya miqyasına çıxması şərin yer üzündə kök salmasına işarədir."

Yevangelist keşiş Cim Uallis İraq müharibəsinin əleyhinə idi, lakin o, 2001-ci il 11 sentyabr hadisələrini şərin təzahürü adlandırır. "Şər reallıqdır. Bizim cavabımız şəri aradan qaldıra bilər. Əks təqdirdə şər hər yeri bürüyə bilər."
Hücumlar, atışmalar şər kimi qiymərtləndirilir. Lakin bir çoxlarını belə faciələrə nəyin yol açdığından söz edilmədiyi narahat edir.

Fəlsəfə üzrə professor Fillip Cole Skype vasitədi ilə Amerikanın səsinə müsahibə verib."Şəxsən mənim üçün şər qara dəlik mahiyyəti daşıyır. Bu bizim anlama qabiliyyətimizi məhdudlaşdırır. Bu bizi irəliyə addım atmaqdan çəkindirir.
Ş
ər insan beynində çoxdan yer alıb. Hollivud filmlərində şərə geniş yer verilir. Professor Kolun fikrincə, bunların nümayiş etdirilməsi opponentlərin şeytana çevrilməsinə xidmət edir. "İnsanı şeytan simasınada göstərmək şərə qapıların açılması deməkdir. Bu isə günahsız insanlara zərər vura bilər.”

Professorun dediyinə görə, Holocast insanın əl atdığı ən böyük dəhşətdir.

2009-cu ildə Nobel mükafatının təqdimat mərasimində prezident Obama Amerikanın terrorla silahlı mübarizəsinə bəraət qazandırmışdı. Tənqidçilər isə bunun daha əvvəlki sələfinin İraq müharibəsinə haqq qazandırmaq cəhdinə bənzədiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG