Accessibility links

ABŞ Dövlət Departamenti Riqada başa çatmış Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti ilə bağlı bəyanat verib. Bəyanatda ABŞ Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrə dəstəyini bildirib: “Avropa liderləri Riqada Avropa İttifaqının dördüncü Şərq Tərəfdaşlığı sammitini başa vurduğu vaxt Birləşmiş Ştatların Avropa İttifaqının Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə daha yaxın əməkdaşlıq və tərəfdaşlıq səylərinə güclü dəstəyini bildirir.”

Bəyanatda ABŞ-ın Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrlə bundan sonrakı təşəbbüslərə dəstəyinə sadiq qaldığı vurğulanır: “Biz Şərq Tərəfdaşlığı ölkələrində demokratiya və yaxşı idarəçilik, enerji təhlükəsizliyinin gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə, eləcə də iqtisadi və sosial inkişafa dair bundan sonrakı təşəbbüslərə dəstəyə sadiq qalırıq. Bu xüsusilə də Rusiyanın regionda təzyiqləri və dezinformasiyanı artırdığı bir vaxt xüsusilə əhəmiyyətlidir.”

ABŞ eyni zamanda Latviyanın Avropa İttifaqı Şurasında sədr kimi uğurlu sammitə ev sahibliyi etməsini alqışlayıb.

XS
SM
MD
LG