Accessibility links

ABŞ siyasətçiləri Suriya qaçqınlarının Birləşmiş Ştatlara gəlməsinə qarşı çıxır [Video]


Suriyalıların ABŞ-a gəlməsini istəməyən qubernatorlar deyir ki, Paris hücumundan sonra heç bir sübut yoxdur ki, ölkəyə daxil olacaq qaçqınlar arasında terrorçu olmasın.

Pet Makkrori: “Mən tələb edirəm ki, prezident və federal hökumət suriyalı qaçqınların Şimali Karolinaya göndərilməsini onların təhlükəsiz olduğu təsdiq olunmayanadək dayandırsın.”

ABŞ siyasi liderləri terror qurbanlarına sığınacaq vermək və Amerika xalqının təhlükəsizliyini təmin etmək kimi ziddiyyətli məsələ qarşısındadır. Prezidentliyə respublikaçı namizəd Ben Karsona suriyalı qaçqınlar barədə sual ünvanlayıb.

Ben Karson: “Mən sözsüz girişi dayandıracam. Düşünürəm ki, Konqres bu gündən etibarən bu insanların buraya gəlməsinə icazə verən bütün maliyyə fondlarını dayandırmalıdır.”

Obama administrasiyası bu ilin əvvəli Birləşmiş Ştatlara gələn suriyalı qaçqınların sayını 2 mindən 10 minə qaldırıb. Lakin bu, Avropa İttifaqına yerləşən 160 min və Türkiyə, İordaniya, Livanda düşərgələrdəki miliyonlarla Suriya qaçqını ilə müqayisədə çox kiçik rəqəmdir.

Böyük 20-lərin sammitində çıxış edən prezident Obama Birləşmiş Ştatlara daxil olmaq istəyən qaçqınlara icazə verilməməsi fikrini rədd edib.

Barak Obama: “Yadda saxlamalıyıq ki, bu qaçqınların çoxu terror qurbanıdır. Onlar buna görə qaçır. Qapıları onların üzünə bağlamaq, dəyərlərimizə xəyanət etmək deməkdir.”

Qaçqınların hüquqlarını müdafiə edən təşkilatlar suriyalıların ölkəyə giriş zamanı əlavə yoxlamadan keçməsinə də etiraz edir. Onlar ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyinin Birləşmiş Ştatlara daxil olmaq istəyən qaçqınları kifayət qədər yoxlamadan keçirdiyini deyirlər.

XS
SM
MD
LG