Accessibility links

ABŞ Somalidə reydlərin hədəfinin kim olduğunu açıqlayıb



ABŞ rəsmisi Somalidə xüsusi təyinatlı qüvvələrin şənbə günü keçirdiyi reyd zamanı əsas hədəfin Əl-Şəbəb militant qrupu ilə əlaqəsi olan keniyalı olduğunu bildirib.

Obama administrasiyasının adının açıqlanmadığı yüksək səviyyəli rəsmisi həmin şəxsin Somali əsilli keniyalı Əbdülqədir Məhəmməd Əbdülqadir olduğunu açıqlayıb. Əbdülqadir İkrima adı ilə də tanınır.

ABŞ-ın hərbi dəniz qüvvələrinin SEAL xüsusi təyinatlı qrupunun üzləri Əbdülqadirin ələ keçirilməsi üçün şənbə günü Somalinin Barave liman şəhərində əməliyyata başlayıb.

Rəsmilər əməliyyat zamanı Əl-Şəbəb qrupunun bir neçə döyüşçüsünün qətlə yetirildiyini, lakin xüsusi təyinatlı dəstənin əsas hədəf olan Əbdülqadir ələ keçirilmədən ərazidən çıxdığını bildirib.

Xüsusi təyinatlı qrupun üzvləri arasında xəsarət alan olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG