Accessibility links

ABŞ və Rusiyanın Suriya diplomatıyası


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya qarşı hərbi aksiyasının zorakılıqlar və yeni terrorizm dalğası ilə nəticələnə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Cənab Putin ABŞ dövlət katibi Con Kerri və onun rusiyalı həmkarı Sergey Lavrovun Cenevrədə Moskvanın ABŞ-ın hərbi aksiyasına yol verməmək üçün Suriyanın kimyəvi silahlarının zərərsizləşdirilməsi planını müzakirə etməsindən əvvəl New York Times qəzetində məqalə ilə çıxış edib.

Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi bildirib ki, dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Cenevrə görüşündən əvvəl aparılmış telefon söhbəti zamanı Suriyanın kimyəvi silahlarının aşkar edilməsi, təhvili və məhv edilməsi kimi birgə məqsəd müzakirə obyekti olub.

Prezident Barak Obama Rusiyanın diplomatik təşəbbüsünə ehtiyatla da olsa, dəstəyini verib, lakin diplomatiya baş tutmasa, ABŞ hərbi qüvvələrinin hazır olduğunu deyib.

ABŞ Suriya prezidenti Bəşar Əl-Əsəd və onun müttəfiqi Rusiyanın niyyətlərinə skeptik münasibətini gizlətməyib. Dövlət Departamentinin sözçüsü Cen Psaki də brifinqdə “biz artıq oyuna getməyəcyik” deyib.

Rusiya prezidenti Vladimir Putin New York Times qəzetində dərc edilmiş məqaləsində ABŞ və beynəlxalq ictimaiyyəti onun ifadəsilə desək, “Suriyanın kimyəvi silah arsenalını beynəlxalq nəzarətə təhvil verməsi istəyini” nəzərə almağa çağırıb.

BMT rəsmiləri ABŞ və Rusiya arasında Cenevrə danışıqlarına nikbin baxdıqlarını bildirib. BMT-nin Baş katibi Ban Ki Munun sözçüsü Farhan Haqq deyib: “Baş katib Təhlükəsizlik Şurasında Suriyanın kimyəvi silahlarının zərərsizləşdirilməsi və məhvi, habelə onların istifadəsinin qarşısının alınmasına dair razılığın əldə edilməsinə gətirib çıxaracaq beynəlxalq səviyyədə ciddi müzakirələri alqışlayır.”

Prezident Obama ötən ay Dəməşq yaxınlığında insan ölümü ilə nəticələnmiş kimyəvi hücumda Suriya hərbi qüvvələrini günahlandırır. O deyib ki, ABŞ-ın hərbi hücum təhlükəsi Əsəd hökumətini Rusiya vasitəsilə müzakirələrə başlamağa vadar edib.

Yaxın Şərq və milli təhlükəsizlik məsələləri üzrə ekspert Ari Ratner müzakirələr yolu ilə həllə gətirib çıxaracaq hər hansı bir imkandan istifadə edilməli olduğunu deyir. “Danışıqlar vasitəsilə həll yolu həm Suriya daxilində, həm də beynəlxalq ictimaiyyət tərəfindən müzakirə edilməlidir. Lakin son iki həftə müharibə ətrafında bir çox mənada mürəkkəb görünən danışıqlardan sonra diplomatiya üçün bir imkan açıldı və bu, baş tutmasa da, ondan isitfadə etmək lazımdır.”

Ari Ratner deyib ki, Suriyada münaqişəyə cəlb olunmuş qüvvələr böhranın həlli üçün diplomatik səylərin nəticə verdiyini görsəydi, hərbi əməliyyatlarla bağlı fikri dəyişə bilərdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG