Accessibility links

ABŞ Rusiyanın Suriyaya dair hərbi danışıqlar aparmaq təklifini nəzərdən keçirir


Birləşmiş Ştatlar Moskvanın Suriya prezidenti Bəşar Əl-Əsədə dəstəyinin müharibəni qızışdıra bilməsinə dair xəbərdarlığına baxmayaraq, Suriya münaqişəsi ilə bağlı ki ölkə arasında hərbi danışıqların aparılmasına dair Rusiyanın təklifini nəzərdən keçirir.

ABŞ Dövlət katibi Con Kerri təklif haqda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla danışıqların bir gün sonra açıqlama verib. ABŞ-ın baş diplomatı bu fikrə müsbət yanaşdığını bildirib. O deyib ki, Ağ Ev, Dövlət Departamenti və ABŞ-ın müdafiə rəsmiləri bu təklifi Suriyada hərbi mövcudluğunu artımasından sonra Rusiyanın niyyətlərinin tam aydın olmamasına görə nəzərdən keçirmək istəyir.

“Buna görə danışıqlar olmalıdır. Anlaşılmazlıq və səhvlərə yol verməmək, nəyisə fərz edib və yanlışlığa yol verərək üzümüzü çətin vəziyyətə qoymamaq üçün bu vacibdir”-deyə o bildirib.

Con Kerri Moskvanın Suriyada müdaxiləsilə bağlı Lavrova xəbərdarlıq etdiyini deyib:”Mən aydın bildirdim ki, Rusiyanın Əsədə dəstəyi artırması münaqişənin qızışdırılmasına və ekstremizmə qarşı bizim bölüşdüyümüz məqsədə nail olmağımıza mane olur.”

Rusiya Əsədin istinadgahlarından biri olan liman şəhəri Latakiyada hərbi hava bazası yaratmaq məqsədilə son günlər Suriyaya tanklar, hərbi müşavirlər, hərbi-texniklər və təhlükəsizlik işçiləri göndərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG