Accessibility links

Yeni sorğu amerikalıların fundamental biliklərinin çatışmadığını göstərir



Yeni sorğular amerikalıların iş yerlərində rəqabətə davam gətirə bilməsi üçün başqa ölkələrin əhalisi ilə müqayisədə kifayət qədər fundamental biliyə malik olmadığını göstərir. Bu isə öz növbəsində ABŞ-da iqtisadi inkişaf perspektivlərinə birbaşa təsir göstərir.

Yeni açıqlanmış araşdırmaya əsasən, amerikalılar yazılı materialların qavranması və riyazi məsələlərin həlli kimi sahələrdə başqa ölkələrin nümayəndələrilə müqayisədə geri qalır.

Araşdırma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının müxtəlif ölkələrin əhalisi arasında professional vərdişlərin qiymətləndirilməsi üzrə beynəlxalq proqramı çərçivəsində aparılıb. Sorğu zamanı ABŞ-ın iş yerlərində rəqabətə davam gətirmək üçün kvalifikasiya baxımından Yaponiya, Finlandiya, Danimarka və Niderlanddan geri qaldığı müəyyən edilib. Avstraliya və Kanada da riyaziyyat, oxu vərdişləri və müaisr texnologiyaların geniş istifadə edildiyi iş şəraitində problemlərin həlli sahələrində də ABŞ-ı ötür.

İqtisadçılar bildirir ki, iş yerlərində professional vərdişlərə malik insanların olması iqtisadi dirçəlişin açarıdır. Yeni açıqlanmış sorğu göstərir ki, fundamental biliklərə malik olmayan işçilər daha az gəlirə malikdir və onların işi itirmək təhlükəsi iki dəfə artıqdır.
XS
SM
MD
LG