Accessibility links

ABŞ xizək komandasının iki üzvü Alp dağlarında qar uçqunu nəticəsində həlak olub


ABŞ xizək komandasının iki üzvünün Avstryada Alp dağlarında qar uçqunu nəticəsində ölməsindən sonra komanda matəm içindədir.

Hadisə Avstriyanın Soelden kurort ərazisi yaxınlığında Rettenbax buzlağında baş verib.

ABŞ Xizək komandasının başçısı Patrik Riml komandanın insidentə görə şok keçirdiyini deyib.

Altı amerikalı komanda üzvü qrup şəklində xizəklə sürüşən zaman qar uçqununa düşüb. Onlardan dördü xilas ola bilib. Lakin 20 yaşlı Ronni Berlak və 19 yaşlı Brays Astl həlak olub.

Hadisə baş verən zaman məşqçi onlarla olmayıb. Ərazidə bir neçə gün qar yağdıqdan sonra qar uçqunu barədə xəbərdarlıq verilmişdi.

XS
SM
MD
LG