Accessibility links

ABŞ prezidenti Barak Obama və Yaponiyanın Baş naziri Şinzo Abe Amerika liderinin hər iki ölkədə opponentlərin olmasını etiraf etməsinə baxmayaraq Sakit okeanı hövzəsinə daxil olan 12 ölkə ilə azad ticarətə dair razılığı yekunlaşdırmağa söz veriblər.

Cənab Obama Ağ Evdə cənab Abe ilə iki saat təkbətək görüşdən sonra mətbuat konfransında deyib ki, həm o, həm də Yaponiya baş naziri razılaşmanın yekunlaşdırılması işinə sadiq qalır. Lakin liderlər razılaşmanın yekunlaşdırılması üçün mövcud maneələrin aradan qaldırılmasının detallarına dair bir söz deməyiblər.

Cənab Abe İkinci Dünya müharibəsinin başa çatmasından 70 il sonra Birləmiş Ştatlara rəsmi dövlət səfəri edir.

ABŞ prezidenti Barak Obama Yaponiyanın baş naziri Şinzo Abeni Ağ Evde qəbul edib. Cənab Obama və cənab Abe iki ölkə arasında prezident dostluğu xüsusi vurğulayıb. Prezident Obama Yaponiya ilə münasibətləri "sarsılmaz dostluq" kimi dəyərləndirib.

Cənab Abe Vaşinqtonda Holokost muzeyini ziyarəti zamanı bildirib ki, o həlak olan qurbanların xatirəsini dərin kədər hissi ilə anır.

Hər iki lider Linkoln abidəsini də ziyarət edərək, 150 il əvvəl baş vermiş Vətəndaş Müharibəsindən sonra qətlə yetirilmiş prezident Abraham Linkolnu bir dəqiqəlik sükutla yad ediblər.

Cənab Obama çərşənbə axşamı Ağ Evdə baş nazirin şərəfinə şam yeməyi təşkil edəcək. Yaponiya baş nazirinin çərşənbə günü Konqresdə çıxışı gözlənilir.

Çıxışı zamanı cənab Abe ikinci dünya müharibəsinin başa çatmasının 70 illiyi münasibəti ilə bağlı fikirlərini səsləndirəcək.

XS
SM
MD
LG