Accessibility links

Sazişin müddəti daha 5 il uzadılıb

Azərbaycanla ABŞ arasında imzalanmış hərbi sənədin müddəti uzadılıb.

Trend-in məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, "Azərbaycan Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə" sənəd faktiki olaraq 10 il əvvəl imzalanmış sazişin müddətinin daha 5 il uzadılmasını nəzərdə tutur.

Bu sazişin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasına səs veriblər.
XS
SM
MD
LG