Accessibility links

Seçki rəsmiləri sistemin etibarını qoruyub saxlamağa çalışırlar [Video]


ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp seçkilərə üç ay qalmış səsvermənin onun əleyhinə “saxtalaşdırılacağından” narahat olduğunu deyib. Marqaret Yurgensenin işi isə bunun Merilend ştatının Montqomeri qraflığında baş verməsinin qarşısını almaqdır.

Yurgensen qraflığın seçki komissiyasına sədrlik edir. “Sistemin saxta olduğunu iddia edən insan heç vaxt seçki rəsmisi ilə vaxt keçirməyib,” deyə o bildirir.

Bu qızğın seçki mövsümündə sistemə etimadsızlıq həm sol həm də sağda mövcuddur. Demokrat Partiyasının nominasiyası uğrunda Hillari Klintona qarşı mübarizə aparan Vermont senatoru Berni Sandersin tərəfdarları deyir ki, partiyanın milli liderləri sabiq dövlət katibinə nominasiya vermək üçün Sandersin əleyhinə çalışıblar.

Seçicilər elektron seçki maşınından istifadə edir

Seçicilər elektron seçki maşınından istifadə edir

20 ildir bu işin içində olan Yurgensen demokratiyanin beşiyi sayılan ABŞ-da bir dəfə olsun belə oğurlanmış səsə rast gəlmədiyi deyir.

Ekspertlər bildirir ki, ABŞ elektoratının həcmini nəzərə alsaq, sənədləşdirilimiş seçici saxtakarlığı halları çox cüzidir.

Təhlükəsizlik və giriş

Ancaq seçkilərin toxunulmazlığı ilə bağlı debat bu siyasi mövsümdə olan hər şey kimi emosional və sərtdir.

Qısaca, hər şey belədir: “Respublikaçılar daha çox təhlükəsizlikdən narahatdır. Demokratlar isə seçki məntəqələrinə girişdən,” deyə təhlilçi Con Fortier bildirir.

Qraflıqların seçki idarələrində qeydiyyatdan keçmiş seçicilərin siyahısı var. İnsanlar köçür, ölür, evlənib və ya boşanıb soyadlarını dəyişirlər deyə bu siyahı daimi dəyişir. Onlar bütün il boyu yenilənir.

Bir milyondan çox sakini olan qraflıqda “biz hər ay 30 min sənəd qeydiyyatdan keçiririk. Yəni biz təkcə ilin iki günü işləmirik,” deyə Curgensen bildirir.

Seçici siyahısı mütəmadi olaraq yenilənməyən yerlədə də Respublikaçılar saxtakarlığın baş verəcəyinə inanır. “Bu siyahılar səliqəsizdir və bəzi insanların bundan sui-istifadə edə biləcəyi ilə bağlı narahatlqıalra sbəbə olur,” deyə Fortier bildirir.

Heç saxtakarlıq olurmu? Bəli, nadir hallarda. Ancaq sistematik saxtakarlığa dair heç bir sübut yoxdur.

Respublikaçılar həmçinin seçki zamanı seçicilərdən şəxsiyyət vəsiqələrinin tələb olumasına çağırırlar. Şəxsiyyət vəsiqələri olmayanlar isə əksər hallarda Demokratlara səs verən demoqrafiya, yəni azlıqlar və yaşlılar olur.

Sistematik deyil, təsadüfi

Seçkilərin saxtarlaşdırılma təhlükəsi olduqca şişirdilib, deyə Nyu Meksiko Universitetinin siyasi elm professoru Lonna Atkesnon bildirir.

“Heç saxtakarlıq olu mu? Bəli, nadir hallarda. Ancaq sistematik saxtakarlığa dair heç bir sübut yoxdur,” deyə o bildirir.

Hər bir seçki məntəqəsində təlim almış seçki işçiləri çalışır. Hər iki partiya istədiyi məntəqəyə müşahidəçi göndərə bilər. Rəsmilər də seçki nəticələrini təsdiqləmədən öncə ayrı-ayrı seçki mətəqələrində yoxlanış aparırlar.

“Prosesi izləyən çox sayda insan var,” deyə Curgensen bildirir.

Bəs elekton seçki maşınlarınında saxtakarlıq etmək mükündürmü?

“Böyük miqyasda nəsə edib, yaxalanmamaq çox çətin olar,” deyə Fortier bildirir.

Həm kağız həm də elektron qeydləri saxlayan maşınlar indi artıq daha geniş yayılıb. Əgər rəsmilər hər hansı saxtakarlığın baş verdiyindən şübhələnsələr ikisini də yoxlaya bilərlər.

Amma qanunlar və qaydalar kimi avadanlıqlar da bütün ölkə boyu müxtəlifdir. Fortier isə bunun narahatlığa səbəb ola biləcəyini deyir.

“Fundamental olaraq bizim olduqca ədalətli sistemimiz var və yaxşı işləyir, nəticələr də seçicilərin istəklərini əks etdirir. Ancaq bəzi xüsusi yerlərlə sistemin təkmilləşdirilməsi üçün görüləsi daha çox şey var.”

Sistemi saxta adlandırmaq isə, Fortierin fikrincə ifrat fikirdir.

XS
SM
MD
LG