Accessibility links

Hesabat: ABŞ-da 2015-ci ildə orta gəlir artıb


An employee of a bank counts US dollar notes at a branch in Hanoi, Vietnam May 16, 2016.
An employee of a bank counts US dollar notes at a branch in Hanoi, Vietnam May 16, 2016.

ABŞ əhalisinin yeni siyahıya alınmasına dair nəticələr amerikalı ailələrin gəlirlərinin 2015-ci ildə 5 faizdən çox artdığını göstərir. Təhlilçilər bunu 2007-ci ildə başlayan qlobal tənəzzüldən bərpa yolunda dönüş nöqtəsi kimi qiymətləndirir.

Çərşənbə axşamı açıqlanan məlumatda ölkədəki bütün coğrafi regionlar və yaş qrupları arasında 5,2 artımın müşahidə olunduğu göstərilir. Bu isə 8 ildir davam edən gəlir artımındakı durğunluğa son qoyulması deməkdir. Məlumatda həmçinin ölkə boyu yoxsulluq səviyyəsinin 1,2 faiz, yəni 3,5 milyon azalaraq hazırda 8 faiz təşkil etdiyi bildirilir. Bu, son yarım əsrdə yoxsulluq səviyyəsinin bir il ərzində baş verən ən kəskin azalmasıdır.

2015-ci ildə 43 milyon insanın yoxsulluq içində yaşadığı müəyyən edilib. Bu, 2014-cü illə müqayisədə 3.5 milyon daha azdır.

Bundan əlavə, tibbi sığortası olmayan amerikalıların sayı 1,3 faiz azalaraq təxminən 9 faiz təşkil edir.

Bəzi mühüm artımlara baxmayaraq, orta gəlir səviyyəsi 2007-ci, yəni ABŞ-da işsizlik səviyyəsinin kəskin artmağa və daşınmaz əmlak bazarının kəskin ucuzlaşmağa başladığı illə müqayisədə hələ də 1,6 faiz aşağıdır.

Məlumatlarda həmçinin qeyd edilir ki, 2014-2015-ci illər arasında ispan mənşəli ailələrin real orta gəlirində 6,1 faiz artım müşahidə edilib. Qeyri-ispan və qaradərili ailələrin gəlirində isə müvafiq olaraq 4,1 və 4,4 faiz artım olub. 2015-ci ildə ən çox orta gəlir asiyalı ailələrdə olsa da, 2014-cü illə müqayisədə onların gəlirində əhəmiyyətli artım müşahidə edilməyib.

Təhlilçilər bu yeni məlumatların ABŞ prezidentliyi uğrunda gedən mübarizədə əsas məsələyə çevriləcəyini proqnozlaşdırır, çünki hazırda orta ailə gəliri 2009-cu ildə Barak Obama vəzifəyə gələn vaxtla müqayisədə daha yüksəkdir.

XS
SM
MD
LG