Accessibility links

ABŞ-da şagirdlər seçkilərdən öncə sivil diskussiya aparmağı öyrənir [Video]


Çərşənbə günü, oktyabrın 19-da ABŞ seçki kampaniyasının üçüncü və sonuncu debatı baş tutacaq. Ancaq Birləşmiş Ştatlardakı siyasi disfunksiya prezidentlik kampaniyası çərçivəsindən kənara çıxır. Ölkədə son illərlə müqyisədə daha da dərin qütbləşmə müşahidə edilir və bu, demək olar ki, hər böyük məsələ il bağlı mübahisələrə gətirib çıxarıb. Ölkənin siyasi gələcəyi naminə bəzi ibtidai sinif müəllimləri şagirdlərə sivil diskussiya aparılmasını öyrədir.

Stefani Lektinin Blustone orta məktəbinin səkkizinci sinif şagirlərinə keçdiyi vətəndaşlıq dərsi hətta böyüklərin belə çətinlik çəkdiyi mövzunu əhatə edir.

Müəllimin köməyi ilə onlar ixtilafın normal bir hal olduğunu, insanların siyasi baxımdan fikir ayrılıqlarının olmasına baxmayaraq dost qala biləcəklərini öyrənə bilərlər.

“Müəllimlərin silah daşımalarına səmimi münasibət bildirmək.”

Buna səbəb isə məktəblərdə baş verən kütləvi atışmalar olub.

Amma bir çox digər məsələ kimi bu məsələ də siyastəçilər, dostlar, ailələr və qonşular arasında fikir ayrılıqları yaradır.

Lakin bununla bağlı danışmaq və bir razılığa gəlməkdənsə, amerikalılar çox vaxt gərəzli mövqelər tutur.

Təhsil ekspertləri düşünür ki, bu problemin həll yolu vətəndaşlıq dərsləri ilə başlaya bilər.

“Müəllimin köməyi ilə onlar ixtilafın normal bir hal olduğunu, insanların siyasi baxımdan fikir ayrılıqlarının olmasına baxmayaraq dost qala biləcəklərini öyrənə bilərlər,” deyə Viskonsin Universtetindən Paula Makavoy bildirir.

Stefani Lekti elə məhz bu üsula əl atıb. O, aktual bir mövzu seçir və şagirdlərə bu mövzu ilə bağlı xəbərlər və arqumentlər təqdim edir.

Sonra o, sinifi qruplara bölür və şagirdlər müzakirə aparmağa başlayır.

Lekti deyir ki, fikir ayrılığının olması normaldır.

Bu tapşırıq bitəndən sonra Lekti onlardan həqiqətən nə düşündürklərini soruşur.

O bunun çox vacib olduğunu düşünür və hər mövzuda həmişə azı iki tərəfin olduğunu deyir.

Müəllim ümid edir ki, şagirdlər bu dərsləri sinif otaqlarının divarlarından kənara apara biləcək, çünki onlar sabahın siyasətçiləri və seçiciləridir.

XS
SM
MD
LG