Accessibility links

Fransanın “Total” neft-qaz şirkəti Xəzərin Azərbaycan sektorundakı “Abşeron” blokunda 140-280 milyard kubmetr arasında böyük qaz ehtiyatının olduğunu bildirib.

Fransanın “Total” neft-qaz şirkəti Xəzərin Azərbaycan sektorundakı “Abşeron” blokunda 140-280 milyard kubmetr arasında böyük qaz ehtiyatının olmasını təsdiqləyib. Şirkətin məlumatında bildirilir ki, bu yataq təxminən 270 kv. kilometr sahəni tutur və Bakının 100 km. cənub-qərbində yerləşir. Kəşfiyyat işlərinə 2009-cu ildə başlanılıb.
Kəşfiyyatın ikinci fazası ehtiyatların həcminin daha dəqiq müəyyən edilməsi üçün tədqiqatın aparılmasını nəzərdə tutur.
“Total” “Abşeron”da neft-qaz hasilatı layihəsində 40% paya malikdir. Bir bu qədər pay SOCAR-a, 20% isə İsveçrənin SDF Suez şirkətinə məxsusdur.
XS
SM
MD
LG