Accessibility links

ABŞ-da ilk qadın baş prokuror kimi tarixə düşən Canet Reno Parkinson xəstəliyi səbəbilə bu gün dünyasını dəyişib. Onun 78 yaşı var idi.

Renonun prezident Bill Klintonun hakimiyyəti altında səkkiz illik səlahiyyət müddəti 1993-cü ildə Federal Təhqiqatlar Bürosuna Texasın Vako şəhəri yaxınlığında yerləşən Branch Davidian kompleksinə reyd keçirməyə icazə verməsi ilə başlayıb. Reyd zamanı federal hüquq-mühafizəçiləri orqanları ilə uzun sürən qarşıdurma nəticəsində 80 nəfər ölmüşdü.

Baş prokuror olmadan öncə Reno Mayami şəhərinin ilk ən yüksək vəzifəli qadın dövlət ittihamçısı olub.

1998-ci ildə Reno xüsusi ittihamçı Kennet Starra Klintonun Arkanzasda daşınmaz əmlak sərmayeləri ilə bağlı istintaqına Bill Klintonun Ağ Ev təcrübəçisi ilə yaxın münasibətini daxil etmək səlahiyyəti vermişdi. Bu, Klintonun Nümayəndələr Palatası tərəfindən impiçmentinə gətirib çıxardı, lakin daha sonra o, Senatın bəraətini qazandı.

XS
SM
MD
LG