Accessibility links

ABŞ-ın şərqində həyat bərpa olunmağa başlayıb


Birləşmiş Ştatların şərq sahillərindəki güclü qar çovğunu və sellərdən sonra milyonlarla insan normal həyatına qayıtmağa çalışır.

Vaşinqton şəhərindəki hökumət idarələri bu gün bağlı olsa da, fövqəladə hallar işçiləri şəhərin küçələrini və səkiləri təmizləməyə çalışır. Qasırğa səbəbilə iki gün bağlı olan Vaşinqton şəhərinin metro sistemi bu gün tədricən işləməyə başlayıb.

Bölgədəki üç ən böyük hava limanında təxirə salınan uçuşların yenidən bərpa edilməsinə baxmayaraq, şəhər və ətraf ərazilərdəki məktəblər hələ də bağlıdır.

Birləşmiş Ştatlar Konqresi də bazar ertəsinə planlaşdırdığı işlərini təxirə salıb.

Qasırğa Nyu-Cersinin sahil bölgələrindəki şəhərləri daşqınlara qərq edib. Qarı təmizləməyə çalışanlar da daxil olmaqla, azı 24 nəfərin ürək tutmasından öldüyü bildirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG