Accessibility links

ABŞ dövlət katbi Con Kerrinin bildirdiyinə görə, Birləşmiş Ştatlar və Rusiya Ukraynadakı hadisələr barədə məlumatların mübadiləsi barədə razılığa gəlib.

Pekində APEK toplantısında jurnalistlərə açıqlama verən cənab Kerri deyib ki, Ukraynada baş verən bəzi faktlarla bağlı fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton və Moskva bu məsələlər barədə məlumat mübadiləsi həyata keçirəcək.

Rusiyaya qarşı sanksiyalar barədə suala cavabında isə dövlət katibi deyib ki, uzun müddətdə nə baş verəcəyini Moskvanın Ukraynaya dair verdiyi qərarlar müəyyən edəcək. O, habelə Ukraynanın şərqində sabitliyin bərqərar olması üçün Kiyevlə Rusiya tərəfdarı üsyançılar arasında əldə olunmuş atəşkəs razılığına əməl edilməsini çox mühüm hesab edir.

Kerri bu açıqlamaları Rusiya xarici işlər naziri Serqey Lavrovla qısa görüşündən sonra verib. Cənab Lavrov isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə sualları cavablandırmaq istəməyib.

Dünən NATO bildirib ki, çoxsaylı zirehli texnika yenidən Rusiyanın Ukraynayla sərhəd bölgəsinə gətirilib.

XS
SM
MD
LG