Accessibility links

ABŞ və Rusiya bu gün Cenevrə şəhərində Suriyada 5 ildir davam edən müharibəyə son qoymaq üçün mürəkkəb, iddialı planı bəyan ediblər. Razılığa görə hər iki ölkə Suriya daxilindəki terror qruplaşmalarına qarşı mübarizədə əməkdaşlıq edəcəklər.

Saziş bütün tərəfləri ölkə boyu atəşkəs öhdəliyini bərpa etməyə çağırır. Döyüşlər sentyabrın 12-si Qurban bayramınadək dayandırılmalıdır.

"Biz Suriya xalqının və regionun Qurban bayramını daha mənalı qeyd etməsi üçün bundan uğurlu addım ata bilməzdik" - deyə Rusiya xarici işlər naziri Sergey Lavrovla yanaşı dayanan ABŞ dövlət katibi Con Kerri bildirib.

"Birgə işləməklə Rusiya və Birləşmiş Ştatlar uzaqgörən yanaşma ortaya qoyub. Ancaq əgər plan xoşməramla tətbiq edilsə..." - deyə Kerri əlavə edib.

Suriya hava hücumu kampaniyasını dayandırmaq

İki ölkə Suriya hökumətinin havadan mübarizəsini dayandırması üçün addımlar atmağa razılıq verib. Bu, əsasən razılaşdırılmış ərazilərə aiddir.

"Bütün göstəricilərə görə Əsədin hava hücumları mülki vətəndaşlar ölümünün, miqrant axının və ölkədə düşmənçiliyin başlıca mənbəyidir. Mühüm bölgələrdə rejimin hərbi hava fəaliyyətlərinin qarşısını almaqla kaset bombalardan istifadəyə və mülki məhəllələrin bombalanmasına son qoya bilər" - deyə Kerri bildirib.

O, əlavə edib ki, bu razılıq münaqişənin təbiəti dəyişir.

Lavrov isə deyib ki, o, Suriya hökumətini razılıq barədə məlumatlandırıb və Əsəd rejimi razılığa əməl etməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG