Accessibility links

ABŞ senatoru bin-Laden barədə izahat almaq üçün Pakistana səfər edir


Senator Con Kerri

Senator Con Kerri

Birləşmiş Ştatlar senatoru Con Kerri Pakistan liderlərindən Üsama bin Ladenin paytaxta yaxın yerdə illərlə yaşadığı barədə izahat almaq üçün İslamabada səfər edir. Pakistanın paytaxtına dünən gecə çatan cənab Kerri ordu baş komandanı, general Əşfaq Kəyani ilə görüşb. Media xəbərlərində senatorun generala Birləşmiş Ştatların Pakistandan terrora qarşı mübarizə tələblərindən ibarət siyahı təqdim etdiyi deyilir.

Pakistanın hərbi rəsmiləri deyirlər ki, general Kəyani cənab Kerriyə onun əsgərlərinin may ayının 2-i Birləşmiş Ştatlar xüsusi dəstəsinin reydi zamanı bin Ladenin öldürülməsindən sonra gərgin hisslər keçirdiklərini deyib. Bu gün cənab Kerri prezident Asif Əli Zərdari və baş nazir Yusuf Raza Guilani ilə görüşür.

XS
SM
MD
LG