Accessibility links

Radikal islamçı ruhani Əbu Qətədə Böyük Britaniyadan deportasiya olunandan bir neçə saat sonra İordaniya hərbi prokuroru ona qarşı terror hücumu həyata keçirmək konspirasiyası ittihamı irəli sürüb.

Fransa xəbər agentliyi Əbu Qətədənin vəkili Taysir Diaba istinadən bildirir ki, müsəlman imam günahkar deyil və sabah onun zaminə buraxılması üçün müraciət olunacaq.

Əbu Qətədənin bu gün səhər deportasiya olunması ilə 10 ildən çox davam edən hüququ mübarizəyə son qoyulub və o, Əmmana qayıdaraq terrorizm ittihamları ilə üzləşəcək.

Bu addım Böyük Britaniya ilə İordaniya arasında saziş imzalanandan sonra həyata keçirilib.

Fələstində dünyaya gəlmiş 53 yaşlı iordaniyalı imam bir zamanlar Üsəma Bin Ladenin Avropada sağ əli hesab olunurdu.

Britaniya Qətədəni 2001-ci ildən deportasiya etməyə çalışsa da, ölkələrdəki hüququ boşluqlar bunun qarşısını almışdı.
XS
SM
MD
LG