Accessibility links

Abxaziyanın vitse-prezidentinə sui-qəsd cəhdi olub


Aleksandr Ankvab ayağı və qolundan yaralanıb, lakin xəstəxanaya getməkdən imtina edib

Rəsmilər Gürcüstanın separatçı Abxaziya regionunun vitse- prezidentinin bu gün sui-qəsd cəhdi zamanı yaralandığını bildirib. Onlar naməlum hücumçuların Aleksandr Ankvabın Qudauta şəhərindəki evinə qumbara atdıqlarını bildirib. Ankvab ayağı və qolundan yaralanıb. Lakin o, xəstəxanaya getməkdən imtina edib. Ona baş nazir vəzifəsində işlədiyi dövrdə iki dəfə sui-qəsd cəhdi olub. Abxaziya hökuməti hadisənin məsuliyyətini daşıyanlar haqda məlumat verən şəxsə 16 min dollarlıq mükafat vəd edir.

XS
SM
MD
LG