Accessibility links

Vəkil: Cahangir Hacıyevin səhhətində problem yaranıb


Cahangir Hacıyev

Cahangir Hacıyev

Cahangir Hacıyevə evdən gətirilən yeməklər qəbul edilmir. Bu səbəbdən səhhətində problemlər yaranıb. Onun qəbul etdiyi qidalar dietik yeməklərdir, müvəqəti saxlama kamerasında verilən yeməkləri yeyə bilmir. Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıcov bildirib.

Vəkil Haciyevə qarşı istintaq hərəkətləri aparılmadığını bildirib. “Sanki, elə bil istintaqın işi onu həbs etməkdən ibarətdir. Başqa bir iş görülmür”.

Cahangir Hacıyev ittihamları qəbul etmir. “Başqa-başqa adamlara verilmiş kreditlərin məsuliyyətini bu necə qəbul edə bilər. İttihamın onunla əlaqəsi yoxdur”, vəkil qeyd edib.

Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə dekabrın 5-də Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələr ilə iittiham olunur.

XS
SM
MD
LG