Accessibility links

Prezident açıq hökumətin təşviqi ilə bağlı planı təsdiq edib


Ilham Əliyev

Ilham Əliyev

Prezident İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edib.

Fəaliyyət planı açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsini, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqini, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsini, sahibkarların hüquqlarının müdafiəsini nəzərdə tutur.

Sərəncama görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim edəcək.

Nazirlər Kabinetinə tapşırılır və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, fəaliyyət planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə prezidentə məlumat versinlər.

Hesablama Palatasına, Baş Prokurorluğa, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, məhkəmələrə, yerli özünüidarəetmə orqanlarına tövsiyə olunur ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsin.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, fəaliyyət planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi məlumat versin.

XS
SM
MD
LG