Accessibility links

Taymaz Mehrəlibəyli: Ettelaat qardaşımın həyat yoldaşını da həbs etməklə təhdid edir [Audio]


Yürüş Mehrəlibəyli xanımı Sona Fərəczadə ilə birlikdə
Yürüş Mehrəlibəyli xanımı Sona Fərəczadə ilə birlikdə

Təbriz zindanında aclıq aksiyası keçirən güneyli məhbus Yürüş Mehrəlibəylinin qardaşı Amerikanın Səsinə danışır

“Qardaşım məruz qaldığı haqsızlıq və əziyyətlər, eləcə də təhlükəsizlik qurumlarının ailəsi, xüsusilə həyat yoldaşı Sona xanıma qarşı tətbiq etdiyi basqılar və təhdidlərə etiraz olaraq aclıq edir,” deyə aprelin 15-dən Təbriz zindanında aclıq aksiyasına başlamış güneyli məhbus Yürüş (Ayət) Mehrəlibəylinin qardaşı Taymaz Mehrəlibəyli Amerikanın Səsi ilə söhbətdə bildirib. Onun sözlərinə görə həbs olunmuş fəalın ailəsi İran hökumət orqanları tərəfindən müntəzəm basqılara məruz qalıb.
Taymaz Mehrəlibəyli qardaşı haqda danışır
please wait

No media source currently available

0:00 0:15:32 0:00
Direct link

Yürüş Mehrəlibəyli Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının Mərkəzi Komitə üzvüdür. 2012-ci ilin dekabrı və 2013 yanvar və fevral aylarında Ettelaat məmurları tərəfindən həbs edilmiş Yeni GAMOH liderləri Yürüş Mehrəlibəyli, Mahmud Fəzli Lətif Həsəni, Şəhram Radmehr və Behbud Quluzadə qeyri-qanuni təşkilat qurmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham edilərək hər biri 9 il həbsə məhkum edilib.
Sona xanımı 10 gün öncə çağırıb, yenə də həbs etməklə təhdid ediblər. Bütün ailəni təhdid edirlər, media ilə danışdığımız təqdirdə bizi də həbs edəcəklərini söyləyirlər.
Taymaz Mehrəlibəyli
“Yürüş siyasi bir məhbus olaraq özü və digər məhbusların hüququnu tələb edir. Ailəsinə qarşı basqılar və təhdidlərə son verilməsinə istəyir. Onun ailəsinə çox təzyiq ediblər... Keçən dəfə tutulduğunda Yürüşü kiçik oğlunun yanında döymüşdülər. Sonra həyat yoldaşını həbs etdilər... Sona xanımı 10 gün öncə çağırıb, yenə də həbs etməklə təhdid ediblər. Bütün ailəni təhdid edirlər, media ilə danışdığımız təqdirdə bizi də həbs edəcəklərini söyləyirlər,” deyə Taymaz Mehrəlibəyli söyləyib.

Məhbusun qardaşı Yeni GAMOH liderlərinin ötən ilin iyul və avqust aylarında keçirdiyi 28 günlük aclıq aksiyasına işarə edərək, onların o vaxt şərtli olaraq aclığa son verdikləri və o şərtlərin bu gün də yerinə gətirilmədiyini qeyd edib.

Yeni GAMOH üzvü Behbud Quluzadənin müalicə və əməliyyat üçün məzuniyyətə çıxmasına icazə verilib. Lakin, Taymaz Mehrəlibəylinin dediyinə görə, digər məhbusların da ciddi şəkildə müalicəyə ehtiyaclar var. O, həmçinin Təbrizdən uzaqda yaşayan ailələrin məhbuslarla görüşmək üçün Təbrizə gəlməkdə problemlər yaşadığını, və qardaşının aclıq aksiyası ilə bu məsələni də gündəmə gətirdiyini vurğulayıb.

“Məzuniyyətə çıxmaq məhbusların haqqıdır. Müalicə olmağa ehtiyacları olmasa belə, onlara öz haqlarından istifadə etmək üçün icazə verilməlidir... Digər məhbuslar, xüsusilə Lətif Həsəninin ailəsi Təbrizdən uzaq şəhərlərdə yaşayırlar. Yürüş həmçinin onların öz şəhərlərinə köçürülməsini tələb edib” deyə güneyli məhbusun qardaşı əlavə edib.
XS
SM
MD
LG