Accessibility links

Lətif Həsəni onunla birgə saxlanan, 34 gündür aclıq edən digər azərbaycanlı fəal Ayət Mehrəlibəyliyə (Yürüş) dəstək verir

İranda milli kimlik uğrunda dinc mübariz, Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü Lətif Həsəni mayın 18-də Təbrizin mərkəzi zindanında aclıq aksiyasına başlayıb.

“Media forum” saytının məlumatına görə, Lətif Həsəni onunla birgə saxlanan, 34 gündür aclıq edən digər azərbaycanlı fəal Ayət Mehrəlibəyliyə (Yürüş) dəstək vermək, eləcə də siyasi məhbusların hüquqlarının kobud şəkildə pozulmasına etiraz bildirmək üçün bu addımı atıb.

Lətif Həsəni qanunsuz təşkilat yaratmaqda və İranın təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 9 il həbsə məhkum edilib. Təşkilatın digər üzvləri Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə də eyni ittihamlarla 9 il iş alıblar.

Ayət Mehrəlibəyli İran təhlükəsizlik qurumlarının siyasi məhbus ailələrinə göstərdiyi təzyiq və təhdidə etiraz olaraq aprelin 15-dən aclıq edir.
XS
SM
MD
LG