Accessibility links

"Siyasi məhbuslara azadlıq!" aksiyasına regionlar da qoşulub [Fotoqalereya]


Mayın 12-dən Müsavat Partiyasının “Siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirdiyi aclıq aksiyasına mayın 16-da bir günlük ümumrespublika dəstək günü elan edilib.

Ümumrespublika dəstək aksiyasına Müsavat Partiyasının başqanı Arif Hacılı, partiyanın bütün rəhbər şəxsləri və Müsavat Partiyasının əksər rayon təşkilatlarının ayrı-ayrı üzvləri qoşularaq öz dəstəklərini nümayiş etdirib.

Siyaisi məhbuslar azadlıq-plakat

Siyaisi məhbuslar azadlıq-plakat

Müsavat Partiyası başqanının müavini Elman Fəttah Amerikanın Səsinə bildirib ki, hazırda Müsavat Partiyasının mərkəzi qərargahında 4 nəfər artıq 5-ci gündür müddətsiz aclıq edir.

“Aksiyaya dəstək məqsədi ilə partiyanın bütün rəhbər şəxsləri ilə yanaşı bu gün Ukraynadan 1, Masallı rayonundan 2 , Oğuzdan 2, Şirvandan 5, Sabirabaddan 1,Biləsuvardan 3, Bakının müxtəlif rayonlarından 9, Sumqayıt şəhərindən 1, Gəncə şəhərindən 1 nəfər qoşularaq “Siyasi məhbuslara azadlıq!” tələb edib”, Elman Fəttah qeyd edib.

Onun sözlərinə görə, müddətsiz aclıq edənlərdən Niyaz Nəsirlinin səhhəti kəskin pisləşib.

“Artıq iki dəfə təcili yardım çağırmışıq. Niyaz bəy aclığı dayandırmayacağını bildirsə də, həkimlər dərhal aclığı dayandırmağı təkid edib”, o qeyd edib.

Aclıq aksiyası davam edir.

XS
SM
MD
LG