Accessibility links

Aclıq edən hind fəalın səhhəti yaxşılaşır

  • Amerikanın səsi

Aclıq edən hind fəalın səhhəti yaxşılaşır

Aclıq edən hind fəalın səhhəti yaxşılaşır

Həkimlər deyirlər ki, 13 günlük aclıq aksiyasından sonra hindistanlı fəalın səhhəti qənaətbəxşdir.

74 yaşlı Anna Hazare parlament onun anti-korrupsiya ölçüləri haqda tələblərini qəbul etdikdən sonra aclığı dayandırmağa razı oldu. Onun aclığı milyonlarla hindi baş nazir Manmohan Sinqh hökumətinə qarşı birləşdirdi.

Hazarenin həkimi deyir ki, fəalın sağlamlığı 30 faiz yaxşılaşıb. Aclıq etdiyi müddətdə yalnız su içən Hazare tezliklə meyvə pəhrizinə qoyulacaq.

XS
SM
MD
LG