Accessibility links

Bu gün Avropa Oyunlarının açılış mərasimi olacaq


Avropa Oyunları

Avropa Oyunları

Iyunun 12-də Birinci Avropa Oyunlarının açılış mərasimində bir sıra dövlətlərin başçıları iştirak edəcək. Onların arasında Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan, Emomali Rahmon (Tacikistan), Qurbanqulı Berdımuhammedov (Türkmənistan), Filip Vuyanoviç (Monteneqro), Nikoliç (Serbiya), Aleksandr Lukaşenko (Belarus), Vladimir Putin (Rusiya), Bosniya və Hersoqovina Rəyasət Heyətinin sədri Mladen İvaniç, San-Marino regentləri Andrea Belluzini və Roberto Venturini, Lüksemburq Böyük hersoqu birinci Anri, Monako knyazı Albert var.

Böyük Britaniya açılış mərasiminə Xarici İşlər Nazirliyinin parlamentlərlə əlaqələr üzrə dövlət katibi Tobias Evludu göndərib. Çexiyanı Deputatlar Palatasının rəhbəri Yan Qamaçek təmsil edəcək. Bir sıra dövlətlər isə baş nazir, baş nazirin müavini və digər rəsmi şəxslər səviyyəsində açılış mərasiminə qatılacaq.

Beləliklə, Qərbi Avropa ölkələrinin aparıcı dövlətlərinin liderləri Avropa Oyunlarının açılış mərasimində iştirak etmir.

XS
SM
MD
LG