Accessibility links

Adam Sterlinq: Amerika Azərbaycandakı seçkiləri çox maraqla izləyir


Adam Sterlinq: Amerika Azərbaycandakı seçkiləri çox maraqla izləyir

Adam Sterlinq: Amerika Azərbaycandakı seçkiləri çox maraqla izləyir

ABŞ səfirliyinin 31 əməkdaşı Bakıda və Azərbaycanın müxtəlif bölgələrində seçkini müşahidə edir, 45 amerikalı isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasında iştirak edir

“Amerika Birləşmiş Ştatları bu günki seçkiləri çox maraqla izləyir. Dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı qeyd edib ki, ABŞ demokratik ölkələrlə ən güclü tərəfdaşlıqlara malikdir. ABŞ hökuməti inanır ki, Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafı, Azərbaycanda aparılan demokratik və iqtisadi islahatlar ABŞ-la Azərbaycan arasında əlaqələrin dərinləşməsinə ən yaxşı zəmanət verir”. Bu bəyanatla ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq 22 saylı Nəsimi II seçki dairəsinin 3 saylı seçki məntəqəsində müşahidə apararkən çıxış edib.
Onun sözlərinə görə, ABŞ səfirliyinin 31 əməkdaşı Bakıda və Azərbaycanın müxtəlif bölgələrində seçkini müşahidə edir, 45 amerikalı isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasında iştirak edir.
A.Sterlin sabah ABŞ Dövlət Departamentinin Azərbaycanda parlament seçkiləri ilə bağlı bəyanatı olacağını bildirib.

XS
SM
MD
LG