Accessibility links

Adam Sterlinq: Azad mətbuat və fəal vətəndaş cəmiyyəti demokratiyanın ayrılmaz tərkib hissəsidir


Amerikanın müvəqqəti işlər vəkil Adam Sterlinq hüquq müdafiəçiləri ilə görüşüb
Amerikanın müvəqqəti işlər vəkil Adam Sterlinq hüquq müdafiəçiləri ilə görüşüb

Amerikanın müvəqqəti işlər vəkili aparıcı hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti və ombudsman institutunu təmsilçiləri ilə Azərbaycanda insan hüquqlarının durumunu müzakirə edib

Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq iqamətgahında ABŞ Dövlət Departamentinin İnsan Hüquqlarına dair 2012-ci il hesabatını (http://photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/az_hrr_2011_aze.pdf) müzakirə etmək məqsədi ilə aparıcı insan hüquqları müdafiə qruplarını, vətəndaş cəmiyyəti və ombudsman institutunu təmsil edən nümayəndələri qəbul edib.

"Amerikanın Azərbaycanda insan hüquqlarının durumuna baxışları" reportajı
please wait

No media source currently available

0:00 0:08:29 0:00
Direct link

Müzakirələrdə mətbuat azadlığı, qanunun aliliyi, mülkiyyət hüquqları, hökumətlə vətəndaş cəmiyyətlərinin insan hüquqlarını müdafiə imkanları da daxil olmaqla, Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub.
Adam Sterlinq bildirib ki, insan hüquqları ABŞ-ın xarici siyasətinin prioriteti kimi qalacaq. “Azad mətbuat, fəal vətəndaş cəmiyyəti və qanunun aliliyi hər bir demokratiyanın ayrılmaz tərkib hissəsidir. Azərbaycanda insan hüquqlarına diqqəti artırmaq məqsədi ilə ABŞ Azərbaycan hökuməti, mətbuat və vətəndaş cəmiyyətindən olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək”, - deyə o qeyd edib.
Müvəqqəti işlər vəkili jurnalistlərə bildirib ki, Dövlət Departamentinin 2011-ci il hesabatında üç məsələyə xüsusi diqqət yetirilib. “Birincisi, mülkiyyət hüququnun pozulması, o cümlədən çox tanınmış ərazilərdən çoxsaylı mülkiyyətdən məcburi çəxarılma halları suallar doğurur və evlərin sökülməsi ilə bağlı ciddi narahatlıqlar olub. Əmlak sahibləri müvafiq kompensasiya və müvafiq evlə təmin oluna bilməməsindən şikayət edib. İkincisi, məhkəmə sistemi çoxsaylı problemlərdən əziyyət çəkməkdə davam edir. Şikayətlər icraedici hakimiyyətin məhkəmə hakimiyyətinə həddən artıq təsiri, siyasi motivli həbslər və müstəqil vəkillərə qarşı görülən cəza tədbirlərindən olub. 2011-ci ildə narahatlıq doğuran üçüncü sahə sərbəst toplaşmaq və ifadə azadlığının məhdudlaşdırılması olub. Nümayiş keçirmək üçün müraciətlər çox vaxt rədd edilib və icazəsiz nümayişlər polisin güc tətbiqi ilə dağıdılıb”.
Onun fikrincə, daha çox diqqət çəkən məqam 2011-ci ilin yazında güc tətbiqi ilə dağıdılmış nümayiş, eləcə də nümayiş iştirakçıları və təşkilatçılarının 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası almalarıdır. “Bu məhbusların əksəriyyətinin azadlığa buraxılması, o cümlədən bu ilin iyununda 9 nəfərin əfv olunması nikbin olmağa əsas verir. Mən həbsdə qalanlar, o cümlədən Vidadi İsgəndərov və Şahin Həsənli üçün ədalətli və şəffaf məhkəmə prosesinə olan çağırışlarımızı bir daha təkrar etmək istəyirəm”.
Cənab Sterlinq ötən ilin dekabrında prezident İlham Əliyevin Azərbaycanda insan hüquqlarının qorunmasını təkmilləşdirmək üçün Milli Fəaliyyət Planı imzalamasını xatırladıb. “Biz bu fəaliyyət planının niyyətini alqışlayır və onun effektiv icrasına çağırırıq. İnanmaq çətindir ki, 2012-ci ilin yarısı artıq arxada qalıb. Bu vaxta kimi müddətə nəzər saldıqda görmək olar ki, müəyyən irəliləyişlər baş verib, amma görüləsi işlər daha çoxdur”, deyə o, planın icrasının sürətləndirilməsinin vacibliyinə eyham edib.
Müvəqqəti işlər vəkili müsbət işlərdən danışarkən deyib ki, məsələn, bu il yazın əvvəllərində Bakı hakimiyyəti müxalifətin təşkil etdiyi bir neçə etiraz aksiyasına icazə verib. “Bu, yaxşı başlanğıcdır və ümid edirəm ki, il boyu inkişaf edəcək. Biz həmçinin Prezident Administrasiyası və vətəndaş cəmiyyəti nümayəndələrinin bu yaxınlarda baş tutmuş görüşünü alqışlayırıq. Ümid edirik ki, bu, davamlı və konstruktiv dialoqun yalnız başlanğıcıdır”.
O, eyni zamanda narahatlıq doğuran məqamlara da toxunub. “Bu il Qubada mart ayında baş vermiş etirazlarda iştirak etmiş şəxslərin, Sabirabad fəalları Oqtay Gülalıyev və İlham Əmiraslanovun, talış fəalı Hilal Məmmədovun həbsləri və foto-bloger Mehman Hüseynova qarşı ittihamlar da daxil olmaqla, siyasi fəalların həbsləri baş verib. Biz bu prosesləri yaxından izləməkdə davam edirik. Bütün bu hallarda Azərbaycanın konstitusional və beynəlxalq öhdəlikləri çərçivəsində ədalətli və şəffaf məhkəmə prosesinin vacibliyini vurğulayırıq”.
Adam Sterlinq eyni zamanda Amerika hökumətinin jurnalist İdrak Abbasovun döyülməsi, jurnalist Xədicə İsmayılovanı ictimaiyyət qarşısında utandırmaq cəhdləri və jurnalist Rafiq Tağının qətlinin istintaqı da daxil olmaqla mətbuat azadlığı sahəsində bir neçə narahat edici insidentlərin araşdırılmasında irəliləyişin əldə olunması üçün çağırışlarını bir daha təkrarlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG