Accessibility links

Birləşmiş Ştatların baş cərrahının yeni hesabatında Amerikada psixo-aktiv məddələrə aludəçiliyin yaratdığı problemlərdən danışılır. “Amerikada aludəçiliklə üz-üzə” hesabatında doktor Vivek Morti bu problemi hazırkı dövrün ən aktual səhiyyə böhranı adlandırıb.

Yeni hesabatında Birləşmiş Şttaların baş cərrahı Vivek Morti deyir ki, narkotik maddələrə aludəçiliyə xarakterin qüsuru kimi baxmaq lazım deyil, münasibəti dəyişməyə ehtiyac var. “Biz razılaşmalıyıq ki, narkotik maddələrə aludəçilik mənəviyyatsızlıq deyil. Bu, xroniki xəstəlikdir. Bu xəstəliyi bacarıq və şəfqət , eləcə də yeni yollar axtarmaqla müalicə etmək olar.”

Doktor Mortinin dediyinə görə, 21 milyon amerikalı narkotik maddələrdən asılıdır və bu, xərçəng xəstəliyi olan insanlardan qat-qat çoxdur. “Psixo-aktiv maddələrdən istifadənın böhran yaşatmasına baxmayaraq, bu maddələri istifadə edən 10 nəfərdən biri müalicə olunur. Bundan əlavə, gələcəkdə də Birləşmiş Ştatlarda hər 7 nəfərdən birinin həyatlarının hansısa anında psixo-aktiv maddə istifadə edəcəyi gözlənilir.”

Bu qədər insanın narkotik maddələrə aludə olmasına baxmayaraq, hesabatda onlardan yalnız 10 faizinin müalicə olunduğu deyilir.

Rəsmilər ümid edirlər ki, bu hesabat 1964-cü ildə baş cərrahın siqaret çəkmək barədə yaydığı tarixi hesabatı kimi narkotikadan istifadənin qarşısının alınması, müalicə və sağalmaya yönəlik araşdırmalara təkan verəcək. Həmin hesabat Amerikada siqaret çəkənkərin sayını azaltmaqla milyonlarla həyatı xilas etmişdi.

Doktor Morti deyir ki, o, yeni addımlar atılmasına çağırır. “Biz nə etməliyik? Biz bu problemin qarşısının alınması üçün proqramları gücləndirməli və müalicə imkanını artırmalıyıq. Diqqətimizi daha çox şərxoşluq kimi pis vərdişlərin qarşısını almağa yönəltməliyik. Və alüdəçiliyə baxışımızı dəyişməliyik”.

O, bu böhranla mübarizənin Amerika üçün mənəvi sınaq olduğunu deyir.

XS
SM
MD
LG