Accessibility links

Kədərli və həzin musiqilər yazması ilə şöhrət qazanan musiqiçi Adelin Simon Kineçkə vurulması və onunla evlənməsi çoxlarını təəccübləndirdi.

Fərqli mənbələrə istinadən müğənni evlilik statusunu Avstraliyanın Brisben şəhərində “Someone Like You” mahnısını təqdim edərkən təsdiq edib. Qeyd edim ki, 2011-ci ildə hitə çevrilmiş “Someone Like You” mahnısı sonsuz ayrılıq acısından bəhs edir.

O deyir ki, “İlk dəfə vurulduğunda keçirdiyin hiss ən gözəl duyğudur. Və mən bu duyğuya vurğunam. Təbii ki, artıq evli olduğum üçün bu hissləri təkrar yaşaya bilmirəm.”

Onun bu bəyanatı,Qremmi mükafatı mərasimində beş mükafat almasından sonra etdiyi çıxışında Koneçkinin onun əri olduğunu deməsindən bir neçə həftə sonraya təsadüf edir.

Adel və Koneçki 2011-ci ildə görüşməyə başlayıb. Amma bunu hər kəsdən gizli saxlayıb. Onların Angelo adlı 4 yaşında oğulları var.

XS
SM
MD
LG