Accessibility links

Ədəndə hökumət qüvvələri ilə Əl-Qaidə yaraqlıları arasında qarşıdurma


Yəmənin cənub liman şəhəri Ədəndə hökumət qüvvələri ilə Əl-Qaidə yaraqlıları arasında qarşıdurma olub. Döyüşlər zamanı bir neçə adam dünyasını dəyişib.

Mənsura bölgəsində aparılan döyüşlər Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin qırıcı təyyarəsinin yardımı ilə həyata keçirilib.

Koalisiya qüvvələri prezident Əbd Rəbbu Mənsur Hadinin tərəfində döyüşür.

Şahidlərin dediyinə görə, raket hücumu nəticəsində bir ailənin dörd üzvü həlak olub.

Prezident Əbd Rəbbu Mənsur Hadi

Prezident Əbd Rəbbu Mənsur Hadi

Hökumət Ədəndən Huti usyançılarını çıxararaq, şəhərin nəzarətini ələ keçirməyə çalışır. Hutilər hələ də paytaxt Sənanın nəzarətini əlində saxlayır.

Ölkədə hökm sürən münaqişə prezident Hadini Səudiyyə Ərəbistanına qaçmağa məcbur edib.

XS
SM
MD
LG