Accessibility links

Admiral Mayk Mallen də Əfqanıstana səfər edib


ABŞ hərbi qərargahlar rəisinin səfəri Barak Obamanın Kabilə qısa ziyarətindən bir gün sonraya təsadüf edib

ABŞ rəsmiləri deyir ki, Əfqanıstandakı beynəlxalq qüvvələr iyun ayında Qəndəhar vilayətində Talibana qarşı hücum əməliyyatına başlamaq istəyir. Anonimliyin qorunması şərtilə danışan rəsmilərin sözlərinə görə, məqsəd avqust ayında müsəlmanların müqəddəs ayı olan Ramazan başlamazdan əvvəl Talibanın Qəndəhardan çıxarılmasına nail olmaqdır. Helmənd vilayətində oxşar hücumdan sonra NATO qüvvələri bir zamanlar Taliban tərəfindən saxlanılan vilayətə nəzarəti möhkəmləndirməyə çalışırlar. ABŞ admiralı, birgə qərargahlar rəisi Mayk Mallen münaqişə ilə maraqlanmaq üçün bu gün Əfqanıstana gedib. Onun səfəri prezident Barak Obamanın Əfqanıstana qısa ziyarətindən bir gün sonraya təsadüf edib. Cənab Obama səfəri zamanı Əfqanıstandan olan liderləri korrupsiyaya mübarizəyə və idarəçiliyi artırmağa çağırıb.

XS
SM
MD
LG