Accessibility links

Adnan Hacızadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb


Adnan Hacızadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb

Adnan Hacızadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb

Gənc blogerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş insidentlə bağlı həbs ediliblər. Gənclərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2.5 və 2 il müddətinə azadlıqdan məhrum olunublar.

Bu gün gənc blogger Adnan Hacızadənin cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması üçün təqdim etdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi naməlum səbəblərdən oktyabrın 1-dək təxirə salınıb. Bu barədə bloggerin atası Hikmət Hacızadə "Amerikanın Səsi" radiosuna bildirib. Onun sözlərinə görə, məhkəmə təyin edilmiş vaxtdan gec başlayıb və 10 dəqiqəyə bitib. Bundan əlavə məhkəməyə bloggerin özü gətirilməyib. Hikmət Hacızadə növbəti apellyasiya məhkəməsinin müsbət qərar çıxaracağına da ümid etmir.

Gənc blogerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş insidentlə bağlı həbs ediliblər. Gənclərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2.5 və 2 il müddətinə azadlıqdan məhrum olunublar.

Gənclərin həbsi ilə bağlı yerli və beynəlxalq təşkilatlar dəfələrlə bildiriblər ki, blogerlər fərqli siyasi düşüncələrinə görə saxta ittihamla həbs olunublar.

XS
SM
MD
LG