Accessibility links

Dövlət Neft Fondu Moskvada VIP mülk əldə etməyi planlaşdırır


Azərbaycan Dövlət Neft Fondunun beynəlxalq əməkdaşlıq istiqamətləri
Azərbaycan Dövlət Neft Fondunun beynəlxalq əməkdaşlıq istiqamətləri

Yaxın vaxtlarda ARDNF Rusiyanın maliyyə bazarına rublda təqribən 500 milyon dollar yerləşdirəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Moskvanın mərkəzində mülk əldə etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib.
"ARDNF biznes fəaliyyətinin həyata keçirilməsi məqsədilə Moskvada VIP mülk əldə etməyi planlaşdırır", - Şedrin qeyd edib.

Onun sözlərinə görə, bu yaxınlarda ARDNF-nin Rusiyanın maliyyə bazarında rublda aktivlərin yerləşdirilməsi haqqında qərarı tərəflər arasındakı etibarlı münasibətlərdən xəbər verir.

Şedrin onu da qeyd edib ki, yaxın vaxtlarda ARDNF Rusiyanın maliyyə bazarına rublda təqribən 500 milyon dollar yerləşdirəcək.

"Birinci mərhələ "Qazprombank" vasitəsilə 3 milyard rublun yerləşdirilməsini nəzərdə tutur ki, bu da təqribən 100 milyon dollar təşkil edir. Həmçinin, Rusiyanın VTB, "Vneşekonombank" və "Sberbank"ı ilə Fondun aktivlərinin rublda yerləşdirilməsi barədə danışıqlar aparılır", - Şedrin bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG