Accessibility links

Adolf Hitlerin məktubu hərraca çıxarılıb


Adolf Hitlerin məktubu hərraca çıxarılıb

Adolf Hitlerin məktubu hərraca çıxarılıb

Adolf Hitlerin məktubu hərraca çıxarıldıqdan sonra Amerikanın Yəhudi İnsan Hüquqları Təşkilatı tərəfindən əldə edilib. 1919-cu ildə yazılan məktubda 30 yaşlı Hitlerin yəhudilərə münasibəti əks etdirilir. Hitler yazırdı ki, dünyanın bütün bəlaları yəhudilərin əlindən çıxır. O, yəhudilərə qarşı ölkədə xaosa səbəb ola biləcək emosiolnal mübarizəyə yol verilməməsinin cavibliyini önə çəkib. Hitler hesab edirdi ki, məqsədyönlü anti-semitizm siyasəti aparılmalıdır. Bu yolla o, Avropanı yəhudilərdən təmizləməyi düşünürdü. 14 il sonra hakimiyyət başına keçən fürer planını həyata keçirməyə başlayır. Yəhudilər sıxışdırılır, öldürülür. Holokost adlanan faciə 6 milyon yəhudinin öldürülməsi ilə nəticələnir. Hitlrrin məktubu ilk dəfə 1988-ci ildə aşkar edilmişdi, lakin kolleksioner tərəfindən alındıqdan sonra yaddan çıxmışdı. Yenidən hərraca çıxarılan məktub 150 min dollara satılıb.

XS
SM
MD
LG