Accessibility links

Demokrat Partiyasının sədri istefa verib


ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu

Seçkilərdə məğlubiyyətdən sonra Ümid Partiyası sədrinin iki müavini də istefa verib.

Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının (ADP) sədrliyindən istefa verib.
Bu barədə Amerikanın Səsinə ADP-nin sədr müavini Taliyət Əliyev bildirib.

Onun sözlərinə görə, prezidentliyə namizəd Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa verməsi barədə ərizə ilə Partiyanın İcra Aparatına müraciət edib.

Ərizədə deyilir: "2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm. Bunları nəzərə alaraq ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədi ilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm.

Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz".

S.Cəlaloğlunun istefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək.

S. Cəlaloğlu prezidentliyə 10 namizəd arasında sonuncu yeri tutub.

Eyni zamanda, seçkilərdə məğlubiyyətdən sonra Ümid Partiyasından da seçkilərdən sonra istefalar olub. Partiyanın sədr müavinlər Aynur İmranova, və Ruslan İzzətli istefa verib.

ADP sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə prezidentliyə namizəd olmaq üçün (hər biri) 45 min seçici imzası toplayıb. Lakin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə seçkilərdə Sərdar Cəlaloğlu 22 728 səs toplaya bilib. İqbal Ağazadə isə 88 667 səs toplayıb. Sərdar Cəlalaoğlu seçkilərdə İlham Əliyevin qələbəsinə şübhə etmədiyini və İqbal Ağazadə isə Əliyevin qələbə qazandığını bildirib.
XS
SM
MD
LG