Accessibility links

Ədliyyə Nazirliyi ADR-i qeydiyyata almaqdan növbəti dəfə imtina edib


Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR
Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatı ilə bağlı müraciətini növbəti dəfə mənfi cavab verib.Bu barədə hərəkatının lideri Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

İbadoğlu bildirir ki, Ədliyyə Nazirliyi ADR Hərəkatının dövlət qeydiyyata alınmasından ikinci dəfə imtina edilməsini texniki xarakter daşıyan "çatımazlıqlar"la izah edib, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna istinad edib.

Belə ki, nazirlik ADR Hərəkatına ünvanladığı cavab məktubunda nizamnamədə idarəetmə orqanlarının səlahiyyət müddətinə və təsis qərarları ilə bağlı sənədlərin bütün təsisçilər tərəfindən imzalanmamasına irad bildirib.

Nazirliyin cavab məktubunu və orda göstərilən "iradları" müzakirə edən ADR Hərəkatının İdarə heyəti onu siyası yanaşma və ictimai təşəbbüslərin boğulması istiqamətində növbəti addım kimi qiymətləndirib.

İdarə Heyəti qərara alıb ki, təşkilatın " Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna müvafiq olaraq qeydiyyata alınması üçün sonuncu dəfə Ədliyyə Nazirliyinə müraciət etsin və əgər yenə də eyni problemlə üzləşərsə bundan sonra münasibətləri hüquqi müstəvidə aydınlaşdırmaq üçün məhkəməyə müraciət olunacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG